ABŞ-nin “Comstock” şirkəti borcunu azaltmaq üçün aktivlərini SOCAR-a satır
sosial media
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-nin təbii qaz istehsalçısı “Comstock Resources” şirkətinin Haynesville hövzəsindəki aktivlərində pay almağa hazırlaşır.
“Reuters”in sentyabrın 1-də yaydığı məlumata görə, razılaşmanın ümumi dəyəri 1,65 milyard dollar təşkil edir.
Razılaşmaya əsasən, SOCAR “Comstock”un “Legacy Haynesville” aktivlərindəki payının 20 faizini, “Western Haynesville” aktivlərindəki payının isə 15 faizini əldə edəcək. Bundan başqa, Azərbaycan şirkəti “Pinnacle Gas Services”də “Comstock”a məxsus 73 faizlik payın 15 faizinə sahib olacaq.
Tərəflər sövdələşməni 2026-cı ilin sonunadək yekunlaşdırmağı planlaşdırırlar. “Comstock” əldə olunacaq vəsaiti əsasən borclarının azaldılmasına yönəltmək niyyətindədir. Şirkətin hesablamasına görə, əməliyyatdan sonra iyunun 30-na 3,1 milyard dollar olan pro-forma xalis borc təxminən 1,5 milyard dollara enəcək.
SOCAR-ın açıqlamasında şirkətin prezidenti Rövşən Nəcəf bildirib ki, “Comstock”la əməkdaşlıq tərəflər arasında strateji əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Onun sözlərinə görə, SOCAR “Haynesville” və “Western Haynesville” yataqlarının işlənməsi sahəsində təcrübəsi olan komanda ilə birgə investisiya qoyuluşunu müsbət qiymətləndirir və tərəfdaşlığın uzunmüddətli perspektivdə inkişaf edəcəyini gözləyir.
“Comstock”un İdarə Heyətinin sədri M. Cey Ellison bildirib ki, razılaşma şirkətə borc yükünü əhəmiyyətli dərəcədə azaltmağa və “Western Haynesville” layihəsinin nəzərdə tutulan inkişafını maliyyələşdirməyə imkan verəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Report
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib