Siyasət

İlkin Əmrahov və Ramil Babayev yazır: “Ad olsun ki, paylanılıb”

26 Sentyabr, 2026
7

Toplum TV

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşları Ramil Babayev və İlkin Əmrahov cəzaçəkmə müəssisələrində zəruri ehtiyac mallarının paylanılması barədə yazıblar.

Yazını olduğu kimi təqdim edirik.

“Məhbuslara zəruri ehtiyac mallarının paylanılması barədə siyasi məhbuslar dəfələrlə yazıb.

Reallığın icmalı budur ki, Penitensiar Xidmət (PX) 2-3 ildən bir məhbusların yalnız bir hissəsinə zəruri ehtiyac mallarını paylayır. Yəni, həbsxana sabununu, diş pastasını üç ildə bir dəfə, o da lotereya qazanmış azlığın içində təsadüfən yer almışsınızsa, əldə edə biləcəksiniz.

Biz bu gün malların paylanmamasından yox, ad üçün paylanılan məhsulların keyfiyyətindən bəhs edəcəyik. Elə həmin sabunun və diş pastasının keyfiyyətindən başlayaq. Paylanılan sabunun qablaşdırılması yoxdur. Üzərində mənşəyi və istehsalçının adı yoxdur. Üstəlik, həmin sabun un kimi ovulur. Diş pastasını ilk dəfə görən məhbuslar “Colgate” şirkətinin məhsulunun qablaşdırılmasını görüb təəccüblənirlər. Lakin yalnız diqqətlə baxanda adın “Coigare” olduğunu və “Colgate” qablaşdırılmasında olan saxta Çin məhsulu verildiyini görə bilirlər.

Penitensiar Xidmət üç ildən bir dəsmal adı ilə çay dəsmalından da kiçik əski parçası verir. Penitensiar Xidmətin verdiyi yataq örtükləri də tapa bildikləri ən keyfiyyətsiz məhsullardır. Bu örtüklərdən saçılan hissəciklər, tüklər hər gün kamerada yerlərə səpələnir.

Penitensiar Xidmətin verdiyi yastıqların isə içliyi o qədər seyrəkdir ki, yastığın varlığı ilə yoxluğu arasında fərq hiss etmək çətindir. Yuxarıda qeyd etdiklərimizin nəticəsində bəzi məhbuslar döşək olmadığı üçün quru taxtaların üzərində yatır. Yastıq əvəzinə qalın paltarlardan istifadə edirlər. Üzərlərini örtməyə nazik örtük belə tapmırlar. Xüsusilə Bakı İstintaq Təcridxanasında belə hallara dəfələrlə birbaşa şahidlik etmişik. Penitensiar Xidmət rəhbərliyi, axı insaf da yaxşı şeydir”.

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətli 15, Ələsgər Məmmədli və Əli Zeynal 14, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Məhkum olunanların hər biri, həmçinin 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilib.

Məhkəmə onlara qarşı qaldırılmış mülki iddianı da təmin edib. Dövlət ittihamçısının vəsatəti əsasında üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov məhkəmədə özünə xəsarət yetirib 

25 Sentyabr 2026

şəxsi arxivi

Sentyabrın 25-də Ali Məhkəmədə həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun kassasiya şikayətinə baxılıb.  İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, hakim İlkin Abdullayevin sədrlik etdiyi prosesdə əvvəlcə B.Səmədov çıxış edərək azadlığa buraxılması üçün beynəlxalq təşkilatların müraciətlər etdiyini, lakin Azərbaycan hakimiyyətinin bu çağırışları nəzərə almadığını xatırladıb.  Vəkil Zibeydə Sadıqova isə çıxışında dövlətə xəyanət ittihamının və buna sübut kimi təqdim olunan dəlillərin mübahisəli olduğunu bildirib. Onun sözlərinə görə, müvəkkilinin əcnəbilərlə, o cümlədən erməni əsilli şəxslərlə ünsiyyət saxlaması öz-özlüyündə dövlətə xəyanət kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfi həmçinin həmin şəxslərlə onlayn əlaqə saxlanılaraq onların xüsusi xidmət orqanlarının nümayəndələri olub-olmadığının araşdırılması ilə...
Siyasət

Əli Kərimlinin işi üzrə istintaq başa çatıb 

25 Sentyabr 2026

şəxsi arxivi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və Ali Məclisinin katibi Məmməd İbrahimin ittiham olunduğu iş üzrə istintaq başa çatıb.  Bu barədə "Qafqazinfo"nun yaydığı xəbərə görə, istintaq orqanı yaxın günlərdə hazırladığı ittiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərəcək.  Məlumata görə, Ə.Kərimli və M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında isə işin hallarından asılı olaraq ömürlük həbs cəzası da nəzərdə tutulur. Ə.Kərimli və M.İbrahim daha öncə ictimaiyyətə açıqlamalarında ittihamı rədd ediblər və siyasi sifarişlə həbs olunduqlarını bildiriblər. Ə.Kərimli ümumiyyətlə istintaqa ifadə vermədiyini qeyd edib.  Ə.Kərimli...

Seçilmiş Videolar

Toplum TV loqo