İqtisadiyyat

İşığın, qazın, istilik təchizatının qiyməti artdı 

Toplum TV bu haqda bir gün öncə yazmışdı 

2 Yanvar, 2025
45

npr.org

Yanvarın 2-dən Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti artırılıb. Bu haqda Tarif Şurası bəzi dövlət qurumlarının müraciəti əsasında qərar verdiyini bildirib.

Təbii qaz istehlakına görə kim nə qədər ödəyəcək?

Əhali üzrə illik qaz istehlakının həcmi:

1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;

1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;

2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Tarif Şurasının qərarı ilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kubmetr təbii qazın tarifi dəyişdirilməyib.

Elektrik üzrə ödəniş necə olacaq?

Əhali üzrə aylıq istehlak həcmi:

200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;

200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;

300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

İstilik təchizatının qiyməti iki dəfə artırılıb

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin qiymətini də artırıb.

Qurumdan bildirilir ki, "Azəristiliktəchizat" ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1.10 manat olsa da, son 13 ildə əhali 1 m² sahə üçün 15 qəpik ödəyirdi. Amma bundan əhali istehlakçı qrupu göstərilən istilik xidmətinə görə sayğac quraşdırılmadığı halda, aylıq 1 m2 üçün 30 qəpik ödəyəcək. Sayğac quraşdırıldıqda isə qiymət 1 Qkal (40-50 m² sahə) üçün 14.6 manat həddində müəyyənləşdirilib.

Tarif Şurası su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə tarifləri də müəyyənləşdirib. İndiyədək bu sahədə dövlət tənzimlənməsi olmamışdı.

Bundan sonra əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat təsdiq edilib.

"Toplum TV" bir gün öncə “Mərkəzi Bankdan şifrəli qiymət artımı mesajı” başlıqlı yazıda hökumətin 2025-ci ildə tənzimlənən məhsul və xidmətləri bahalaşdırmaqla bağlı planları olduğunu yazmışdı.

https://toplummedia.tv/iqtisadiyyat/pmerkezi-bankdan-sifreli-qiymet-artimi-mesajip


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?

3 Yanvar 2025
Tarif Şurası əhalinin istehlak etdiyi qaz və elektrik enerjisi üçün tarifləri artırıb. Hər kəsi düşündürən əsas məsələ bu artımların əhalinin, xüsusən aztəminatlı qrupların rifahına nə dərəcədə neqativ təsir göstərəcəyidir. Qaz tariflərində artım İstehlak səviyyəsinə uyğun olaraq təbii qaz üzrə tariflərin artımı aşağıdakı kimidir: İllik 1200 kubmetrə qədər istehlak həcmi üçün 1 kub metr təbii qazın qiyməti 12,5 qəpik (köhnə tarif 12 qəpik ) – artım 4,2%; 1201-2500 kubmetr intervalında istehlak həcmi üçün 1 kub metr təbii qazın qiyməti 22 qəpik (köhnə tarif 20 qəpik ) – artım 10%; 2500 kubmetrdən yüksək istehlak həcmi üçün 1 kub metr təbii qazın qiyməti...
İqtisadiyyat

Mərkəzi Bankdan şifrəli qiymət artımı mesajı

1 Yanvar 2025

Vergiler.az

Azərbaycan Mərkəzi Bankı 2025-ci il üçün pul-kredit siyasətinin istiqamətlərinə dair bəyanatını açıqlayıb. Bu sənəd hər ilin son günlərində yayılır və növbəti il üçün ölkənin mərkəzi bankının malroiqtisadi proseslərlə bağlı gözləntilərini əks etdirir.  Bəyanatda diqqəti cəlb edən əsas məqam inflyasiya gözləntiləri ilə bağlıdır. Məlum olduğu kimi, qüvvədə olan qanunvericiliyə görə, Mərkəzi Bankın əsas mandatı iqtisadiyyatda qiymət sabitliyini təmin etməkdir. Açıqlanan sənəddə qeyd edilir ki, 2025-ci ildə qiymәtlərin sabitliyi ilә bağlı bir sıra xarici vә daxili risklәr aktuallığını saxlayır. Əsas xarici faktorlar kimi dünya bazarında әmtәә qiymәtlәrinin dəyişkənliyi və beynəlxalq ticarətdəki əsas tәrәfdaş ölkәlәrdә inflyasiya proseslәri çıxış edəcək. Bəyanatda ən vacib məqam...

Seçilmiş Videolar

Toplum TV loqo