Manşet

Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayı 340-a enib

16 Yanvar, 2026
548

Foto: açıq mənbə

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq" ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıya 340 nəfərin adı daxil edilib.

Bu rəqəm birliyin 2025-ci ilin oktyabrında təqdim etdiyi siyahı ilə müqayisədə 52 nəfər azdır.

Siyahını hüquq müdafiəçiləri - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov “siyasi məhbus anlayışının Avropa Şurası Parlamentlər Assambleyası tərəfindən müəyyən edilmiş meyarları əsasında" tərtib ediblər.

Yenilənmiş siyahıdakı siyasi məhbus sayılanlar 12 qrupda təsnif ediliblər. Bunlar jurnalistlər və blogerlər (31 nəfər), hüquq müdafiəçiləri (8), müxalif partiya və vətəndaş cəmiyyətinin üzvləri (45), milli azlıqların fəalları (5), müharibə əleyhinə fəallar (2), "Söyüdlü işi" üzrə həbs edilənlər (2), Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər (6), "İmişli işi" üzrə həbs olunanlar (15), inanclılar (192), "Tərtər işi" üzrə məhkum olunanlar (8), "Gəncə işi" üzrə məhkumlar (13) və ömürlük azadlıqdan məhrum edilənlərdir (12).

Son hesabatdan bu vaxta qədərki dövrdə jurnalist Əziz Orucov və hüquq müdafiəçisi Fikrət Cəfərli azadlığa buraxılıblar. Həmçinin, dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elbəyi Kərimli həbsxanada vəfat edib.

Bundan əlavə, prezident İlham Əliyevin təşəbbüsü ilə dekabrın 22-dən başlayaraq cəza müddətinin bitməsinə 6 ayadək vaxt qalan və 3 ilədək həbs cəzasına məhkum edilmiş şəxslər azadlığa buraxılıblar. Onların arasında İmişli hadisələri üzrə həbs olunan 4 nəfər və 64 inanclı fəal var, lakin onlardan 12 nəfərin adı əvvəlki siyahıda yer almayıb.

Eyni zamanda, bu müddət ərzində AXCP sədri Əli Kərimli, partiya fəalları Məmməd İbrahim, Vüqar Qədirli və Əlixan Rəcəbli həbs olunublar. Həmçinin, hüquq müdafiəçiləri Zabil Qəhrəmanov və Namizəd Səfərov, ictimai fəal Dəyanət Çələbi və bir neçə inanclı fəal da həbs edilib.

Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə insanların siyasi fikirlərinə və ya fəaliyyətlərinə görə həbs olunmadıqlarını bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo