Foto: Əziz Kərimov
Beynəlxalq mətbuat azadlığı təşkilatı Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2025-ci il üzrə hesabatına əsasən, Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə dünyada 6-cı yerdədir.
Yanvarın 21-də yayımlanan hesabatda bildirilir ki, ötən ilin dekabrın 1-ə qədər olan məlumata görə, Azərbaycanda həbsxanalarda 24 jurnalist var.
CPJ qeyd edir ki, bununla da, Azərbaycan 2018-ci ildən bəri ilk dəfə həbsdə olan jurnalist sayına görə dünya üzrə top 10-luğa düşüb.
Ümumilikdə isə dünyada 330 jurnalist həbsdədir. Siyahıya 50 jurnalistlə Çin başçılıq edir.
Myanmar, İsrail və Rusiya növbəti yerlərdə qərarlaşıblar. Onların hər birində müvafiq olaraq 30, 29 və 27 jurnalist həbsdədir. 5-ci yerdə isə 25 jurnalistlə Belarus yer tutub.
Komitənin 2024-ci il üzrə hesabatında isə Azərbaycanda 13 jurnalistin həbsdə olduğu göstərilirdi.
"Azərbaycan hakimiyyəti xarici donorların medianı maliyyələşdirməsini məhdudlaşdıran yeni qanunlarla müstəqil medianı susdurmaq səylərini sürətləndirir. Avtoritar hökumətin azad mətbuatı əzmək və müxalifəti boğmaq cəhdləri 2023-cü ildə başlayıb", - hesabatda deyilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır