Manşet

Əliyevin oğlunun 1 milyon rubla yaxın vergi borcu yarandığı iddia olunur

3 İyul, 2025
50

Foto: president.az

Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Rusiyada 1 milyon rubla yaxın vergi borcunun yarandığı bildirilir. 

Bu barədə 3 milyondan çox izləyicisi olan “Mash” Telegram kanalı xəbər yayıb. 

Xəbərdə deyilir ki, oğul Əliyevin Moskva vilayətindəki Barvixa kəndində, “Meyendorf bağları” adlanan ərazidə ümum dəyəri 35 milyon ABŞ dolları olan malikanəsi var və buna görə 946 min rubl (20,350 manat) həcmində vergi borcu var. 

Xəbərin rəsmi təsdiqi yoxdur. Rusiya dövlət reyestrində Əliyevin borclarına dair məlumat yoxdur, lakin “Mash” bunu sistemdə prezident oğlunun doğum tarixinin səhv daxil edilməsilə izah edir. Kanal bildirir ki, Moskva vilayətinin vergi orqanları artıq bir neçə dəfə məhkəməyə müraciət edib və yığım üçün göstərişlər alıblar.

Xəbər son günlərdə Rusiyada azərbaycanlılara, Azərbaycanda isə ruslara qarşı zorakı həbslərin aparılması fonunda yayılıb. 
İyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 
XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə “xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz” qarşı tərəfin diqqətinə çatdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

“Amnesty International”: Azərbaycan və Rusiya insan ləyaqətinə qarşı tam etinasızlıq nümayiş etdiriblər 

3 İyul 2025

Foto: sosial media

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı son günlərdə Rusiyada azərbaycanlılara, Azərbaycanda isə ruslara qarşı aparılan zorakı həbsləri pisləyib.  Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazersin dediyinə görə, həm Rusiya, həm də Azərbaycan hakimiyyət orqanları “insan ləyaqətinə və insan hüquqları üzrə öhdəliklərinə açıq şəkildə etinasızlıq” nümayiş etdiriblər. “Beynəlxalq hüquqa əsasən, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar qəti şəkildə qadağandır və bunun üçün heç bir əsas ola bilməz. Baş verənlər, milli mənsubiyyət və etnik kimlik əsasında hədəflərin seçildiyi bir sıra polis əməliyyatlarını xatırladır”, - o bildirib.  “Saxlanılan şəxslərin hüquqları, prosessual təminatlar və insan hüquqlarına hörmət,...
Manşet

Aynur Elgünəş beynəlxalq mükafata layiq görülüb

2 İyul 2025

Foto: Meydan TV

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qəmbərova) Qadınların Beynəlxalq Media Fondu (IWMF) tərəfindən mükafata layiq görülüb.  Fondun saytında verilən məlumata görə, Elgünəş amerikalı xeyriyyəçi Vallis Annenberqin adını daşıyan “Qadın jurnalistlərə ədalət” mükafatını qazanıb.  Saytda verilən məlumatda bildirilir ki, Elgünəş və “Meydan TV”-nin digər 6 jurnalisti uydurma ittihamlarla həbs ediliblər.  2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar. Sonrada “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər...

Seçilmiş Videolar

Toplum TV loqo