Foto: Saşa Mordovets
Rusiyada azərbaycanlı iş adamı, Rusiya vətəndaşı Araz Ağalarova qarşı məhkəmə icraatı başlanıb.
Bu barədə “Gazeta.ru” saytı dövlət reyestrinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti Ağalarova qarşı icra işi başladıb. İyunun 26-da Moskvanın Presnenski Rayon Məhkəməsində verilmiş icra sənədi əsasında icraat açılıb.
“Crocus Group” şirkətinin sahibi olan Ağalarov “Forbes” jurnalına əsasən 1,7 milyard dollarlıq sərvətlə Rusiyanın 55-ci ən zəngin adamıdır.
O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş qudası olmaqla tanınır. Onun oğlu Emin Ağalarov Nardarandakı “Sea Breeze” yaşayış kompleksinin sahibidir və iyulun 2-də Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev kompleksə baxış keçirərkən onları müşayiət edib.
Ağalarova qarşı məhkəmə icraatının başlaması xəbəri son günlərdə Rusiyada azərbaycanlılara qarşı zorakı həbslərin aparılması fonunda yayılıb.
İyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə “xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz” qarşı tərəfin diqqətinə çatdırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib