Manşet

“Amnesty International”: Azərbaycan və Rusiya insan ləyaqətinə qarşı tam etinasızlıq nümayiş etdiriblər 

3 İyul, 2025
211

Foto: sosial media

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı son günlərdə Rusiyada azərbaycanlılara, Azərbaycanda isə ruslara qarşı aparılan zorakı həbsləri pisləyib

Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazersin dediyinə görə, həm Rusiya, həm də Azərbaycan hakimiyyət orqanları “insan ləyaqətinə və insan hüquqları üzrə öhdəliklərinə açıq şəkildə etinasızlıq” nümayiş etdiriblər.

“Beynəlxalq hüquqa əsasən, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar qəti şəkildə qadağandır və bunun üçün heç bir əsas ola bilməz. Baş verənlər, milli mənsubiyyət və etnik kimlik əsasında hədəflərin seçildiyi bir sıra polis əməliyyatlarını xatırladır”, - o bildirib. 

“Saxlanılan şəxslərin hüquqları, prosessual təminatlar və insan hüquqlarına hörmət, dövlətlərarası siyasi gərginlik şəraitində belə üstün tutulmalıdır. Rusiya və Azərbaycan hakimiyyətləri qeyri-qanuni qətllər, işgəncə və digər pis rəftar iddialarını təcili, hərtərəfli, müstəqil və qərəzsiz şəkildə araşdırmalı və məsul şəxsləri ədalət qarşısına çıxarmalıdır,” – deyə Strazers vurğulayıb.

Azərbaycanla Rusiya arasında iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının öldürülməsi ilə başlayan gərginlik qızışmağa davam edir. 

Ötən müddətdə ölkələr bir-birinin səfirlərini çağırıb nota veriblər. Azərbaycanda “Sputnik” saytının əməkdaşlarına cinayət işi açılıb, 2-si həbs olunub.

Həm Azərbaycanda, həm Rusiyada zorakı həbslər davam edib. 

Azərbaycanda iyulun 1-də 8 Rusiya vətəndaşı narkotik maddələrin tranziti  dövriyyəsi və kiberdələduzluq ittihamları ilə həbs edilib. Səbail Rayon Məhkəməsi onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

8 nəfərin saxlanılmasının görüntüləri hökumətyönlü mediaya sızdırılıb. Onların xüsusi təyinatlı polislər tərəfindən, ağır cinayətlər törətmiş mütəşəkkil dəstə kimi saxlanılması diqqətdən qaçmayıb. Həmçinin, sonradan məhkəmədən çəkilən fotolarda rusların bəzilərinin üzlərində işgəncə izləri, geyimlərində qan ləkəsi gözə çarpır. 

İyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə “xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz” qarşı tərəfin diqqətinə çatdırılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: #

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Azərbaycanda Repressiyaya Son Kampaniyası AŞPA-nı hərəkətə keçməyə çağırır

22 Yanvar 2026

Foto: açıq mənbə

Azərbaycanda Repressiyaya Son Kampaniyası Avropa Şurası Parlamentlər Assambleyasına (AŞPA) çağırış edib.  Hərəkat AŞPA-nı Azərbaycandakı insan hüquqları böhranına "xüsusi diqqət yetirməyə çağırıb".  Əlavə edilib ki, Avropa Şurasında "liderliyin çatışmaması fonunda" Azərbaycanla bağlı hərəkətə keçmək məsuliyyəti AŞPA-nın üzərinə düşür. Çağırışda qeyd olunur ki, AŞPA Nazirlər Komitəsi ilə əlaqələndirilmiş cavab mexanizmini işə salmaq üçün Birgə Tamamlayıcı Prosedurdan istifadə etməlidir: "Bu, əməkdaşlıq, azadlığa buraxılmalar və struktur islahatları üzrə aydın meyarları və vaxt baxımından gözləntiləri əhatə etməlidir."  Bundan əlavə, hərəkat bildirir ki, mütəmadi ictimai hesabatlılıq və aydın icra mexanizmini nəzərdə tutan mandatla xüsusi məruzəçilik institutunun yaradılması yolu ilə davamlı nəzarət gücləndirilməlidir. "Azərbaycanın Avropa Şurasının üzv...
Manşet

Futbol hakiminin ədalətsizliyinə etiraz edən Əliyev öz ölkəsində ədaləti niyə təmin etmir?

22 Yanvar 2026

Foto/kollaj: Toplum TV

Azərbaycanın “Qarabağ” futbol komandası Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası üzərində 3–2 hesablı qələbə qazanaraq Çempionlar Liqasında 10 xalla 18-ci sıraya yüksəlib. “Qarabağ”ın qələbəsinə dövlət başçısı İlham Əliyev də münasibət bildirib. O, təbrik mesajında oyunun baş hakimini tənqid edib: “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kim tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!” Ölkə rəhbərinin “Qarabağ” klubunun hüquqlarını müdafiə etməyə çalışması, şübhəsiz ki, müsbət haldır....

Seçilmiş Videolar

Toplum TV loqo