Foto: Könül Əhmədova, şəxsi arxiv
İctimai fəal Könül Əhmədova inzibati qaydada 10 sutka müddətinə həbs olunub.
Yaxınlarının "Meydan TV"-yə verdiyi məlumata görə, bu barədə yanvarın 22-də Xəzər Rayon Məhkəməsi qərar çıxarıb.
Yaxınları bildirib ki, fəal polis bölməsində olarkən şəxsi telefonu vasitəsilə sosial media hesabına giriş edilib və polis şöbəsinə çağırılması ilə bağlı yazdığı bir neçə postu silinib.
K.Əhmədova özü yaxınlarına deyib ki, sosial şəbəkələrdə "SancaqMedia" və "Meydan TV" səhifələrində yazdığı şərhlərə görə həbs edilib.
K.Əhmədova sosial şəbəkələrdə hökuməti tənqid etməsi və etiraz aksiyalarında iştirakı ilə tanınır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”