Manşet

Media qanununa dəyişikliklər: “Adlar əxlaqa zidd olmamalıdır” 

4 İyul, 2025
481

Foto: Əziz Kərimov

İyulun 4-də Milli Məclisdə “Media haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. 

Dəyişikliklər birinci oxunuşda qəbul edilib. 

Bəzi dəyişikliklər Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici media qurumlarına şamil olunub. 

Bunlardan birinə əsasən, Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməlidir.

Əlavə olaraq, onlar dövlət qeydiyyatına alındıqdan sonra 7 iş günü ərzində dövlət media reyestrinə daxil edilmək üçün eyni orqana müraciət etməlidirlər.

Xarici media subyektlərinin bu tələbləri pozduqda, habelə media reyestrindən çıxarıldıqda isə onların filial və nümayəndəliyi ləğv oluna, saytına isə giriş məhdudlaşdırıla bilər. 

Başqa bir dəyişikliyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə informasiya verilməsi haqqında müqaviləsi olmalı və azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalıdır. 

Bundan əlavə, çap mediası subyekti media reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap məhsulunun nəşri və ya yayımı qadağan edilir.

İndiyədək qüvvədə olan qanunda isə qeyd olunurdu ki, çap mediası məhsulunun yayımının dayandırılmasına və onun tirajının müsadirə edilməsinə yalnız məhkəmə qərar verir. 

Digər dəyişiklikdə vurğulanır ki, media subyektlərinin adları digərlərinin adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında “ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən” istifadə edilməməlidir.

2021-ci ilin dekabrın 30-da Azərbaycan parlamenti media haqqında qanun qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev qanunu 2022-ci ilin fevralında imzalayıb.

Qanun media sahəsində təşkilati-hüquqi və iqtisadi əsasları, habelə kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayılmasının ümumi qaydalarını müəyyən edir.
Sənəd jurnalistlərin fəaliyyəti ilə bağlı məsələləri, o cümlədən jurnalistlərə müvafiq vahid vəsiqələrin verilməsi, media reyestri yaradılması məsələlərini əhatə edir və gizli çəkiliş aparılmasını qadağan edir. 

Qanunun qəbulu ərəfəsində bir çox jurnalist etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

“Meydan TV”-nin qadın jurnalistləri “Abzas”çılara dəstək üçün aclıq aksiyasına başlayıb 

4 İyul 2025

Foto: Meydan TV

“Meydan TV”-nin həbsdə olan jurnalistləri Aynur Elgünəş (Qəmbərova), Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva, Aysel Umudova və Fatimə Mövlamlının aclıq aksiyasına başladığı bildirilir.  Bu barədə “Meydan TV”nin əməkdaşı Orxan Məmməd “Facebook”da məlumat yayıb.  O bildirib ki, jurnalistlər artıq bir neçə gündür aclıq edən “Abzas Media” əməkdaşlarına dəstək məqsədilə aclığa başlayıblar.  Daha öncə “Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova həbsdə olan direktor Ülvi Həsənlinin aclıq aksiyasına qoşulublar.  Həsənli isə vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirmişdi. O, həyat yoldaşı və iki yaşlı qızı ilə görüşə icazə verilmədiyi üçün aclığı davam...
Manşet

“Sputnik”in azərbaycanlı əməkdaşları sərbəst buraxılıb

4 İyul 2025

Foto: APA

“Sputnik Azərbaycan” saytının azərbaycanlı əməkdaşları haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.  “Report”un xəbərinə görə, sözügedən şəxslər “Sputnik Azərbaycan” haqqında açılmış cinayət işinə əsasən istintaqa cəlb olunub, ifadələri alınıb və sərbəst buraxılıblar.  Saytın rusiyalı əməkdaşları - direktor İqor Kartavıx və jurnalist Yevgeni Belusov haqqında isə həbs qətimkan tədbiri seçilib.  Onların Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir.  Hökumətyönlü media bildirir ki, cinayət işinin açılmasına səbəb fevralda Azərbaycan Xarici...

Seçilmiş Videolar

Toplum TV loqo