Manşet

“Meydan TV”-nin qadın jurnalistləri “Abzas”çılara dəstək üçün aclıq aksiyasına başlayıb 

4 İyul, 2025
95

Foto: Meydan TV

“Meydan TV”-nin həbsdə olan jurnalistləri Aynur Elgünəş (Qəmbərova), Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva, Aysel Umudova və Fatimə Mövlamlının aclıq aksiyasına başladığı bildirilir. 

Bu barədə “Meydan TV”nin əməkdaşı Orxan Məmməd “Facebook”da məlumat yayıb. 

O bildirib ki, jurnalistlər artıq bir neçə gündür aclıq edən “Abzas Media” əməkdaşlarına dəstək məqsədilə aclığa başlayıblar. 

Daha öncə “Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova həbsdə olan direktor Ülvi Həsənlinin aclıq aksiyasına qoşulublar. 

Həsənli isə vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirmişdi.

O, həyat yoldaşı və iki yaşlı qızı ilə görüşə icazə verilmədiyi üçün aclığı davam etdirəcəyini bəyan edib. Bundan əlavə, Həsənli, haqqındakı məhkəmə hökmü qanuni qüvvəyə minməmiş Bakı İstintaq Təcridxanasından Umbakı təcridxanasına köçürülməsinə etiraz edir. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Media qanununa dəyişikliklər: “Adlar əxlaqa zidd olmamalıdır” 

4 İyul 2025

Foto: Əziz Kərimov

İyulun 4-də Milli Məclisdə “Media haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.  Dəyişikliklər birinci oxunuşda qəbul edilib.  Bəzi dəyişikliklər Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici media qurumlarına şamil olunub.  Bunlardan birinə əsasən, Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməlidir. Əlavə olaraq, onlar dövlət qeydiyyatına alındıqdan sonra 7 iş günü ərzində dövlət media reyestrinə daxil edilmək üçün eyni orqana müraciət etməlidirlər. Xarici media subyektlərinin bu tələbləri pozduqda, habelə media reyestrindən çıxarıldıqda isə onların filial və nümayəndəliyi ləğv oluna, saytına isə giriş məhdudlaşdırıla bilər.  Başqa bir dəyişikliyə əsasən,...
Manşet

“Sputnik”in azərbaycanlı əməkdaşları sərbəst buraxılıb

4 İyul 2025

Foto: APA

“Sputnik Azərbaycan” saytının azərbaycanlı əməkdaşları haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.  “Report”un xəbərinə görə, sözügedən şəxslər “Sputnik Azərbaycan” haqqında açılmış cinayət işinə əsasən istintaqa cəlb olunub, ifadələri alınıb və sərbəst buraxılıblar.  Saytın rusiyalı əməkdaşları - direktor İqor Kartavıx və jurnalist Yevgeni Belusov haqqında isə həbs qətimkan tədbiri seçilib.  Onların Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunduğu bildirilir.  Hökumətyönlü media bildirir ki, cinayət işinin açılmasına səbəb fevralda Azərbaycan Xarici...

Seçilmiş Videolar

Toplum TV loqo