Manşet

Rumıniya da Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirir

5 Avqust, 2025
45

Foto: açıq mənbə

Rumıniyanın Energetika Nazirliyi Azərbaycandan yola salınmış neftin çirklənmiş olması ilə bağlı  fövqəladə vəziyyət elan edib. 

Söhbət Azərbaycandan yüklənmiş 92 min ton xam neftdən gedir.

Bu barədə Rumıniyanın Energetika Nazirliyi avqustun 4-də məlumat yayıb.

“Azərbaycandan Türkiyə limanına yüklənmiş 92 min ton xam neft yükünün boşaldılması zamanı üzvi xloridlərlə çirklənmə aşkar edilib. Energetika Nazirliyi Avropa Komissiyasını xəbərdar edib və böhran səviyyəsində fövqəladə vəziyyət elan edib", - nazirlik bildirib.

Məlumatda qeyd edilir ki, çirklənmiş neft Konstans limanı vasitəsilə “OMV Petrom”un Petrobras emalı zavoduna çatdırılmalı idi, lakin çirklənmə səbəbindən qəbul olunmayıb, bu isə ölkədə müvəqqəti xam neft çatışmazlığı yaradıb.

İyulun sonunda “British Petroleum” (“BP”) şirkəti də Azərbaycan neftində çirklənmə aşkarlandığını bildirib.

Şirkətdən “Bloomberg” agentliyinə verilən məlumata görə, Azərbaycandan Avropa ölkələrinə nəql edilən bəzi neft partiyalarında mümkün çirklənmə problemləri barədə məlumat alınıb.

Şirkət qeyd edib ki, neft partiyalarında orqanik xlorid adlanan maddə aşkarlanıb. “Əgər bu maddə böyük miqdarda olarsa, neft emalı zavodlarına və avadanlıqlara zərər verə bilər”, - xəbərdə deyilirdi.

Bakı-Tbilisi-Ceyhan boru kəmərini idarə edən “BTC Co.” şirkəti hazırda boru kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətini qiymətləndirdiyini bildirib. 

Bir neçə gün sonra Avstriyanın “OMV” enerji qrupu neft emalı zavodlarına çatdırılması planlaşdırılan Azərbaycan neftindəı üzvi xloridlə çirklənmə aşkarladığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Azərbaycan sabahdan Suriyaya qaz ixracına başlayır

1 Avqust 2025

Foto: president.az

Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərə Suriyaya ixracına başlanılacaq. APA-nın məlumatına görə, bu münasibətlə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək. Bu ilin iyul ayında Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib.  Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib. Rəsmi məlumatlara görə, hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir.
Manşet

Prezident QHT-lərə yeni məhdudiyyətlər gətirəcək dəyişiklikliyi təsdiqlədi

31 İyul 2025

Foto: açıq mənbə

Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (QHT) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişikliyi təsdiq edib. Yeni dəyişikliyə görə, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi haqqında müqavilələr üzrə bank və hər hansı digər əməliyyatların aparılması qadağan olunur.  Qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və bununla əlaqədar maliyyə vəsaiti qəbul edilməsi inzibati məsuliyyətə səbəb olacaq.  Azərbaycanda müstəqil QHT-ləri hədəfə alan qanunvericilik 2014-cü ildə qəbul olunub və həmin il bir çox QHT-lərə qarşı cinayət işi açılıb.  Bu cinayət işinə 2023-cü ildə xitam verilsə də, müstəqil media və vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər...

Seçilmiş Videolar

Toplum TV loqo