Dünya

Keçmiş Mossad rəhbərləri müharibəni dayandırmaq üçün Trampa müraciət edib

4 Avqust, 2025
16

Foto: Reuters

Aralarında keçmiş Mossad rəhbərləri də olan 600-ə yaxın israilli keçmiş milli təhlükəsizlik işçiləri Qəzza zolağında müharibəni dayandırmaq üçün ABŞ prezidenti Donald Trampa müraciət edib. 

Onlar ictimaiyyətə açıq olan məktubda “peşəkar rəylərinə əsasən” zolağa nəzarət edən HƏMAS qruplaşmasının “artıq İsrail üçün strateji təhdid təşkil etmədiyini” bildiriblər.

“Sizin İsrail vətəndaşlarının böyük əksəriyyəti arasında olan etibarınız Baş nazir [Benyamin] Netanyahunu və onun hökumətini doğru istiqamətə yönləndirmək imkanınızı artırır: Müharibəyə son qoyun, girovları geri qaytarın, əzablara son verin,” – onlar yazıblar.

Çağırış atəşkəs danışıqlarının dalana dirəndiyi və Netanyahu hökumətinin Qəzzada hərbi əməliyyatları genişləndirməyə çalışdığı barədə xəbərlərin fonunda edilib. 

İmza atanların arasında İsrailin kəşfiyyat agentliyi Mossadın üç keçmiş rəhbəri - Tamir Pardo, Efraim Halevi və Danni Yatom, habelə keçmiş baş nazir Ehud Barak, keçmiş müdafiə nazirləri Moşe Yaalon və Dan Halutz da var. 

2023-cü il oktyabrında HƏMAS İsrailin cənubuna hücum edib. Hücum nəticəsində təxminən 1200 nəfər həlak olub, 200-dən çox insan isə girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan Qəzzada 60 mindən çox insan öldürüldüyü bildirilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 150-dən çox şəxs aclıqdan həyatını itirib və onların arasında uşaqlar çoxluq təşkil edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Serbiya Rusiyanı əsas yanacaq təchizatçısı statusundan məhrum etmək istəyir

4 Avqust 2025

Foto: AP

Serbiyanın energetika naziri Dubravka Yedovic-Handanovic yaxın günlərdə “Qazprom”un ölkənin əsas yanacaq təchizatçısı statusundan məhrum edilməsi niyyətində olduğunu bildirib. Nazirin sözlərinə görə, bu addım Serbiyanın qaz bazarının liberallaşdırılması məqsədilə atılacaq və ölkənin enerji sektorunda islahatlara start veriləcək. Qərarın Rusiya və Serbiya arasında yeni uzunmüddətli qaz müqaviləsinə dair aparılan danışıqları təhlükə altına sala biləcəyi istisna edilmir. Qaz təchizatının şaxələndirilməsi Avropa İttifaqına üzvlük üçün əsas tələblərdən biridir. Enerji bazarının liberallaşdırılması ilə bağlı tələblər fonunda Belqrad Avropa İttifaqı tərəfindən ciddi təzyiqlərlə üzləşir. Avropa Komissiyasının Serbiyanın Aİ-yə üzvlüyünə dair 2024-cü il üzrə hesabatında “Qazprom”dan asılılığın azaldılması və qaz bazarında yeni iştirakçılar üçün maneələrin aradan qaldırılması...
Dünya

ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardımı təsdiqlədi

1 Avqust 2025

Foto: Reuters

ABŞ Senatının büdcə komitəsi 2026-cı maliyyə ili üçün Müdafiə Nazirliyinin 852 milyard dollar məbləğində büdcəsini təsdiqləyib.  Bu, ilin əvvəlində prezident Donald Trampın istədiyindən 21,7 milyard dollar (2,6%) çoxdur.  Bu barədə avqustun 1-də “Reuters” məlumat yayıb. Qanun layihəsinə əsasən, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində Ukraynaya 800 milyon dollar, Baltik ölkələrinin təhlükəsizliyi üçün isə əlavə 225 milyon dollar ayrılması nəzərdə tutulur.  Məlumata görə, bu vəsait əvvəlcə Tramp administrasiyası tərəfindən büdcə sorğusuna daxil edilməmişdi. Senator Kris Kuns bildirib ki, Baltik ölkələri üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsi də Ukraynaya dəstəyə yönələcək: “Deyə bilərəm ki, Ukraynaya dəstək ümumilikdə 1 milyard dollar təşkil edir.” USAI...

Seçilmiş Videolar

Toplum TV loqo