Dünya

Serbiya Rusiyanı əsas yanacaq təchizatçısı statusundan məhrum etmək istəyir

4 Avqust, 2025
11

Foto: AP

Serbiyanın energetika naziri Dubravka Yedovic-Handanovic yaxın günlərdə “Qazprom”un ölkənin əsas yanacaq təchizatçısı statusundan məhrum edilməsi niyyətində olduğunu bildirib.

Nazirin sözlərinə görə, bu addım Serbiyanın qaz bazarının liberallaşdırılması məqsədilə atılacaq və ölkənin enerji sektorunda islahatlara start veriləcək.

Qərarın Rusiya və Serbiya arasında yeni uzunmüddətli qaz müqaviləsinə dair aparılan danışıqları təhlükə altına sala biləcəyi istisna edilmir.

Qaz təchizatının şaxələndirilməsi Avropa İttifaqına üzvlük üçün əsas tələblərdən biridir. Enerji bazarının liberallaşdırılması ilə bağlı tələblər fonunda Belqrad Avropa İttifaqı tərəfindən ciddi təzyiqlərlə üzləşir. Avropa Komissiyasının Serbiyanın Aİ-yə üzvlüyünə dair 2024-cü il üzrə hesabatında “Qazprom”dan asılılığın azaldılması və qaz bazarında yeni iştirakçılar üçün maneələrin aradan qaldırılması çağırışı yer alır.

Brüssel Rusiyanın Serbiya qaz bazarındakı dominant mövqeyini Moskvanın siyasi təsir aləti kimi qiymətləndirir və Aİ-nin məqsədi regionda Rusiyanın mövcudluğunu minimuma endirməkdir.

Belqrad Rusiya qazına alternativ olaraq Azərbaycandan boru qazı, ABŞ-dən isə mayeləşdirilmiş təbii qaz (LNG) idxalını nəzərdən keçirə bilər.

Lakin ekspertlər bu keçidin sadə vətəndaşlar üçün çətinlik yaradacağını və ölkə iqtisadiyyatına mənfi təsir edəcəyini proqnozlaşdırırlar.

“Serbiyaqaz”ın direktoru Duşan Bayatoviç daha əvvəl bəyan etmişdi ki, sentyabr ayında Rusiya ilə ən azı üç il müddətinə yeni qaz təchizatı müqaviləsinin imzalanması gözlənilir. May ayında isə Moskva və Belqrad mövcud müqavilənin müddətini sentyabrın 30-dək uzatmışdı. Hal-hazırda Serbiya gündəlik 6 milyon kubmetr qaz alır.

Rusiyanın Serbiyadakı səfirliyi “İzvestiya”ya bildirib ki, hazırda yeni uzunmüddətli müqavilə üzrə danışıqlar aparılır. Rusiya tərəfi həmçinin Serbiyanın qaz nəqli infrastrukturunun təkmilləşdirilməsində iştirak etdiyini də qeyd edib.

Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, hökumət daxilində qaz bazarının liberallaşdırılması məsələsində fikir ayrılığı mövcuddur. Baş nazir Djuro Matsut və “Serbiyaqaz”ın rəhbəri Duşan Bayatoviç bu dəyişikliklərin əleyhinədir. Lakin qərarın qəbulu energetika nazirinin səlahiyyətindədir.

Handanovic bildirib ki, yaxın vaxtlarda Azərbaycanla yeni qaz müqavilələrinin imzalanması ilə bağlı danışıqlara başlanacaq. Hazırkı müqaviləyə əsasən, Serbiya 2026-cı ilə qədər Azərbaycandan ildə 400 milyon kubmetrədək qaz alır. Nazir bu həcmi 1 milyard kubmetrə çatdırmaq niyyətindədir.

Qaz təchizatı Bolqarıstandan gələn boru kəməri ilə həyata keçirilir. Bundan əlavə, Serbiyanı Şimali Makedoniya ilə birləşdirəcək yeni qaz kəmərinin inşası da davam edir.

Bununla belə, mövcud həcmlə Rusiyadan gələn qazı tam əvəzləmək mümkün deyil. Alternativ kimi qlobal bazardan LNG alınması nəzərdən keçirilir.

ABŞ bu sahədə xüsusi maraq göstərir; Aİ qarşıdakı üç il ərzində ABŞ-dən 750 milyard dollar dəyərində enerji (əsasən LNG) almağa razılıq verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Keçmiş Mossad rəhbərləri müharibəni dayandırmaq üçün Trampa müraciət edib

4 Avqust 2025

Foto: Reuters

Aralarında keçmiş Mossad rəhbərləri də olan 600-ə yaxın israilli keçmiş milli təhlükəsizlik işçiləri Qəzza zolağında müharibəni dayandırmaq üçün ABŞ prezidenti Donald Trampa müraciət edib.  Onlar ictimaiyyətə açıq olan məktubda “peşəkar rəylərinə əsasən” zolağa nəzarət edən HƏMAS qruplaşmasının “artıq İsrail üçün strateji təhdid təşkil etmədiyini” bildiriblər. “Sizin İsrail vətəndaşlarının böyük əksəriyyəti arasında olan etibarınız Baş nazir [Benyamin] Netanyahunu və onun hökumətini doğru istiqamətə yönləndirmək imkanınızı artırır: Müharibəyə son qoyun, girovları geri qaytarın, əzablara son verin,” – onlar yazıblar. Çağırış atəşkəs danışıqlarının dalana dirəndiyi və Netanyahu hökumətinin Qəzzada hərbi əməliyyatları genişləndirməyə çalışdığı barədə xəbərlərin fonunda edilib.  İmza atanların arasında İsrailin kəşfiyyat agentliyi...
Dünya

ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardımı təsdiqlədi

1 Avqust 2025

Foto: Reuters

ABŞ Senatının büdcə komitəsi 2026-cı maliyyə ili üçün Müdafiə Nazirliyinin 852 milyard dollar məbləğində büdcəsini təsdiqləyib.  Bu, ilin əvvəlində prezident Donald Trampın istədiyindən 21,7 milyard dollar (2,6%) çoxdur.  Bu barədə avqustun 1-də “Reuters” məlumat yayıb. Qanun layihəsinə əsasən, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində Ukraynaya 800 milyon dollar, Baltik ölkələrinin təhlükəsizliyi üçün isə əlavə 225 milyon dollar ayrılması nəzərdə tutulur.  Məlumata görə, bu vəsait əvvəlcə Tramp administrasiyası tərəfindən büdcə sorğusuna daxil edilməmişdi. Senator Kris Kuns bildirib ki, Baltik ölkələri üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsi də Ukraynaya dəstəyə yönələcək: “Deyə bilərəm ki, Ukraynaya dəstək ümumilikdə 1 milyard dollar təşkil edir.” USAI...

Seçilmiş Videolar

Toplum TV loqo