Ölkə

Ailəsi: Nazim Bəydəmirli ölüm ayağındadır

4 avqust, 2025
857

Foto: sosial media

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi deyilir.

Bu haqda avqustun 4-də onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb. 

Onun dediyinə görə, N.Bəydəmirlini müayinə edən həkim onun sətəlcəm olduğunu, təcili antibiotik müalicəsinə başlamaq gərəkdiyini söyləyib.

Fəridə Bəydəmirlinin sözlərinə görə, bu gün saat 13:00-da Nazimlə planlaşdırılan telefon danışığı 30 dəqiqə gecikib. “Çox narahat oldum, çünki Nazim heç vaxt bir dəqiqə belə gecikməzdi. Narahatlığım əsassız deyilmiş. Telefonda səsi çox zəif gəlirdi, nəfəs ala bilmirdi, boğulurdu,” – deyə o bildirib.

Nazim Bəydəmirli telefon danışığında gecə saat 3:00-da demək olar ki, nəfəsinin kəsildiyini, boğulma halı keçirdiyini deyib. “Məhbus yoldaşlarının kömək çağırışı ilə növbətçi hissə onu tibb məntəqəsinə aparıb. Orada hərarəti 37.7 dərəcə olub. Lakin ona tibbi yardımı göstərmək istəyən şəxsin həkim yox, məhkum olduğunu görən Nazim vena daxili müalicədən imtina edib”, - F.Bəydəmirli qeyd edib.

Fəridə Bəydəmirli onu da əlavə edib ki, qanunla məhbusun səhhətində belə ciddi vəziyyət yaranıbsa, təcili yardım çağırılmalı, xəstəxanaya yerləşdirilməli idi.

O, əlavə edib ki, Nazim Bəydəmirli daha əvvəl ağır COVID-19 keçirib və ağciyərlərinin 45 faizi zədələnib: “Hazırkı vəziyyət – ağciyərlərin yenidən soyuqlaması – onun həyatını real təhlükə altına salır”.

Nazim Bəydəmirli 2023-cü ilin iyununda Söyüdlü hadisələrində polislərin davranışını tənqid etdikdən sonra, iyulun 4-də saxlanılıb.

Ona ilkin olaraq Cinayət Məcəlləsinin əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə maddəsilə ittiham irəli sürülüb.

Sonradan Bəydəmirli Cinayət Məcəlləsinin təhdid yolu ilə tələb etmə maddəsi ilə də ittiham olunub. 

2024-cü il  sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Bəydəmirli ittihamları rədd edir, özünü ekologiya məhbusu adlandırır.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Şəkidəki ölümcül kanat qəzası ilə bağlı iki nəfər həbs olunub

3 noyabr 2026

sosial media

“Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. İstintaqın versiyasına görə, mərkəzin sahibi Ramiz Hüseynov “zipline” qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib. Qüllənin qanunsuz tikildiyi bildirilir. İstintaq materiallarına əsasən, qüllənin üzərindəki dəmir konstruksiya deformasiyaya uğrayıb və kanatda dalğalanma yaranıb. Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitələrinin nasazlığı nəticəsində “zipline” qurğusu kanatdan çıxıb, onun parça hissəsi...
Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...

Seçilmiş Videolar

Toplum TV loqo