Foto: açıq mənbə
Rusiya Ədliyyə Nazirliyi “xarici agent” hesab olunan şəxs və qurumların reyestrini yeniləyib.
Yenilənmiş siyahıya "Yeni Səhifə”, “Volqoqradda Növbətçi” və “Hamı üçün İsveçrə” nəşrləri, həmçinin Azərbaycan dilində yayım aparan internet-televiziya kanalı “Misra TV" daxil edilib.
Rusiyada “xarici agentlər” haqqında qanun 2012-ci ildə qəbul edilib. Qanun Ədliyyə Nazirliyinə qeyri-kommersiya təşkilatlarını xaricdən maliyyələşmə aldıqları və siyasi fəaliyyətlə məşğul olduqları halda “xarici agent” kimi tanımaq səlahiyyəti verib. Bu siyahıya, əsasən, insan hüquqları mövzularını işıqlandıran və Ukrayna müharibəsini tənqid edən jurnalist və qurumlar əlavə olunur.
"Misra TV" azərbaycanlı jurnalist Fuad Abbasova məxsusdur. O, 2019-cu ildə Rusiyadan 50 il müddətinə deportasiya olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”