Manşet

Sevinc Vaqifqızı Jurnalistikada Cəsarət Mükafatına layiq görülüb 

15 Yanvar, 2026
190

Foto: sosial media

"Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Anna Politkovskaya-Arman Soldin adına Jurnalistikada Cəsarət Mükafatının 2025-ci il üzrə qalibi elan edilib. 

Bu barədə yanvarın 14-də "Abzas Media" xəbər verib. 

Mükafatı Sərhədsiz Reportyorlar Təşkilatının prezidenti, jurnalist Pyer Haski və fransız-britaniyalı araşdırmaçı jurnalist, sənədli film rejissoru Manon Luazo elan ediblər.

Mərhum jurnalistlər Anna Politkovskaya və Arman Soldinin adına olan Jurnalistikada Cəsarət Mükafatı sayca üçüncü dəfədir təqdim edilir.

2023-cü ildə təsis edilən mükafat ilk dəfə meksikalı jurnalist Marsela Turatiyə təqdim edilib. 

Politkovskaya “Novaya Gazeta”da dərc etdiyi korrupsiya, insan hüquqları pozuntuları və Çeçenistan müharibəsi ilə bağlı araşdırmalarına görə tanınıb. O, 2006-cı ilin oktyabrında Moskvadakı evinin girişində güllələnib. Qətlin sifarişçiləri hələ də tapılmayıb.

"Frans Press Agentliyi”nin jurnalisti olmuş Soldin isə 2023-cü ilin mayında reportaj zamanı həlak olub. O, Rusiyanın Ukraynada işğalını işıqlandırıb. 

Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında "Abzas Media işi" çərçivəsində həbs olunub. 

2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo