Manşet

Sülh danışıqları fonunda ticarət: Azərbaycan niyə Ermənistana yanacaq satır?

22 Yanvar, 2026
98

Foto: president.az

2025-ci ilin sonunda Azərbaycan ilk dəfə olaraq Ermənistanla ticarətə başladı. 

Dekabrın 19-da Ermənistana ümumi həcmi təxminən 1300 ton olan Aİ-95 markalı benzin ixrac edildi.  

Yanvarın 7-də isə Azərbaycan Ermənistana yanacağın ikinci partiyasını - min ton Aİ-92 markalı benzin, eyni həcmdə dizel yanacağı və 1800 ton Aİ-95 markalı benzin tədarük edib.

Azərbaycan tərəfi bildirib ki, neft məhsulları Ermənistana beynəlxalq bazar qiymətləri ilə satılır və ixrac “tamamilə kommersiya xarakteri” daşıyır.

Enerji məsələləri üzrə mütəxəssis Rauf Məmmədovun “Toplum TV”-yə dediyinə görə, satılan məhsulların həcmindən ixracatın gəlirləri artırmaq məqsədini güdmədiyi aydın olur. 

“Bu, daha çox iki ölkə arasında ticarət əlaqələrinin formalaşması məqsədi güdür. İndiyədək nəql edilmiş məhsulların həcmi göstərir ki, burada məqsəd mənfəət güdmək deyil. İxrac edilən əsas məhsul Aİ-95 benzini olub ki, bunun özü Azərbaycanda kiçik həcmdə istehsal olunur”, - o qeyd edib. 

Ekspertin sözlərinə görə, gələcəkdə Azərbaycan Ermənistana xam neft ixrac edərsə, gəlirlərini artırmaq məqsədi güdə bilər. 

“Lakin Ermənistanın neft tələbatı və istehlakı yüksək olmadığına görə, Avropa ölkələri və ya Çinə satışla müqayisədə burada çox yüksək gəlirlərdən söhbət gedə bilməz”, - o əlavə edib. 

Azərbaycanın Ermənistana neft məhsulları ixracı hər iki ölkədə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər Ermənistanın benzindən hərbi məqsədlər üçün istifadə edəcəyini, erməni istifadəçilər isə Azərbaycanın ticarətdən varlanacağını güman edərək öz hökumətlərini tənqid ediblər. 

Ermənistan baş naziri Nikol Paşinyan da yanvarın 12-də sosial media hesabında etdiyi videomüraciətdə bu tip tənqidlərə münasibət bildirib. 

“Hər iki narahatlıq əsassızdır, çünki Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub, bu sülh tədricən getdikcə daha institusional xarakter alacaq və bu cür narahatlıqlara sadəcə olaraq yer yoxdur", - o vurğulayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Toplum TV”-yə deyib ki, Ermənistandakı tənqidi səslər “düşmənçilik sindromundan” əziyyət çəkir və “xarici qüvvələrin təsiri ilə” qabardılır, lakin ixracat əməliyyatına müsbət yanaşanlar da var. 

“Müsbət yanaşanlar bunu nadir hallarda ictimai şəkildə bəyan edirlər, bu da yəqin ki, hədəf seçilmək istəməmələri ilə bağlıdır. Bu da başadüşüləndir. Lakin müharibəni uduzmuş Paşinyanı hələ də hakimiyyətdə saxlayan məhz sülh amilidir”, - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...
Manşet

Gültəkin Hacıbəylinin Azərbaycana deportasiya edildiyi deyilir

12 Fevral 2026

Foto: açıq mənbə

Milli Şurasının üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya olunduğu deyilir. APA xəbər verir ki, deportasiya gecə saatlarında baş tutub. Bildirilir ki, G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri yoxdur. Gültəkin Hacıbəyli ötən il  noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb və daha sonra deportasiya mərkəzinə köçürülüb. Sonradan onun barəsində 5 il müddətinə Türkiyəyə giriş qadağası və deportasiya ilə bağlı rəsmi qərar qəbul olunub.  Hökumətyönlü medianın yazdığına görə, bu hadisə AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə bağlı aparılan istintaq fonunda baş verib. Həbslər Prezident...

Seçilmiş Videolar

Toplum TV loqo