Manşet

Tələbələrdən COVİD-19 pasportu tələbi

23 Avqust, 2021
3283

Universitetlər Nazirlər Kabineti tərəfindən göstəriş aldıqlarını deyirlər. 

Azərbaycanda bütün dövlət və özəl təhsil müəssisələrində tələbələrin koronavirusa qarşı vaksinasiyadan keçməsi praktiki olaraq məcburi olub. Sentyabrın 15-dən tədris prosesinin başlanılacağı gözlənilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən həftənin beşinci günü keçirilən brifinqində Prezidentin köməkçisi Şahmar Mövsumov bildirib ki, məktəblərdə sentyabrın 15-dən ənənəvi təhsilə başlanılması nəzərdə tutulub. Ali təhsil müəssisələri tələbələrinə bildirib ki, 18 yaşdan yuxarı şəxslər peyvənd pasportu təqdim etmədən dərslərə buraxılmayacaqlar. Bəzi universitetlər rəsmi saytlarında, bəziləri isə sosial şəbəkələrdə bununla bağlı elanlar yerləşdiriblər. Məsələn, Odlar Yurdu Universiteti sosial şəbəkələrdəki səhifəsində bildirib ki, universitetin bakalavriat pilləsində və magistratura səviyyəsində təhsil alan tələbələr sentyabrın 1-dək COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dək isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı təqdim etməlidirlər. Əks halda universitetə buraxılmayacaqlar. Qərarın tələblərinin pozulmasına görə müvafiq şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Nazirlər Kabinetinin yeni qərarına əsasən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan 18 yaşdan yuxarı hər kəsin COVID-19 sertifikatı təqdim etməlidirlər. Vaksinə əks göstərişi olanlara əks-göstəriş sertifikatı verilir və həmin sertifikat universitetlərə təqdim olunmalıdır.

Operativ Qərargahın tədbirində isə Şahmar Mövsumov açıqlayıb ki, Azərbaycanda koronavirusdan vəfat edənlərin 99 faizi peyvənd olunmayan şəxslərin payına düşür. Bununla belə, vaksinasiya könüllü xarakteri daşıyır, məcburi deyil.

Odlar Yurdu Universitetindən Meydan TV-ə bildiriblər ki, bildirişlər bütün universitetlərə, o cümlədən onlara Nazirlər Kabineti tərəfindən göndərilib. COVID-19 pasportu olmayan tələbələrin dərslərə buraxılması mümkün deyil.

“Bütün tələbələr COVID-19 pasportuna baxılandan sonra dərsə buraxacaqlar. Çünki COVID-19 pasportu olmayan tələbənin dərsə buraxılmasına görə universitet də məsuliyyət daşıyır”, - universitetdən bildirilib.

Bakı Dövlət Universitetindən isə Meydan TV-ə bildirilib ki, rəsmi göstərişə əsasən sentyabrın 1-dən bütün tələbələrdən peyvənd sertifikatı tələb olunmalıdır: “Tələbələr üçün peyvənd könüllü deyil. Kim imtina edirsə, dərsə gəlməyə bilər”.

Təhsil Nazirliyi də tələbələrin peyvənd olunmazının Nazirlər Kabinetinin qərarı ilə tənzimləndiyini açıqlamışdı. Nazirliyin digər açıqlamasında isə orta məktəblərdə valideynləri peyvənd olunmayan uşaqların dərsə buraxılmayacağı ilə bağlı rəsmi göstərişin olmadığı bildirilib. Bununla belə, bütün müəllimlərin vaksin olunması tələb olunur. Valideynlərin də, vaksin edilməsi arzuolunandır.

1-ci kurs tələbələrinin əksəriyyətinin 18 yaşı tamam olmadığından peyvənd edilə bilmirlər. Onlar dərsə getmədən əvvəl koronavirus testi verməli və cavabları universitet rəhbərliyinə təqdim etməlidirlər. Azərbaycanda bütün özəl tibb müəssisələrində test etdirmək mümkündür və bu, orta hesabla 70-80 manata başa gəlir.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, son 1 həftədə 3 müəllim koronavirusdan həyatını itirib, onlardan ikisi gəncdir.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun yaydığı məlumata görə, indiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub.

Onun sözlərinə görə, bu günədək belə müəssisələrin işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb: “Onlardan immuniteti olanlar 16 min 500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur. Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...
Manşet

Gültəkin Hacıbəylinin Azərbaycana deportasiya edildiyi deyilir

12 Fevral 2026

Foto: açıq mənbə

Milli Şurasının üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya olunduğu deyilir. APA xəbər verir ki, deportasiya gecə saatlarında baş tutub. Bildirilir ki, G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri yoxdur. Gültəkin Hacıbəyli ötən il  noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb və daha sonra deportasiya mərkəzinə köçürülüb. Sonradan onun barəsində 5 il müddətinə Türkiyəyə giriş qadağası və deportasiya ilə bağlı rəsmi qərar qəbul olunub.  Hökumətyönlü medianın yazdığına görə, bu hadisə AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə bağlı aparılan istintaq fonunda baş verib. Həbslər Prezident...

Seçilmiş Videolar

Toplum TV loqo