Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr, 2026
48

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb. 

APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub. 

Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir. 

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan ümumi dəyəri 5,4 milyon manat olan tütün məmulatlarını aksiz markası olmadan, qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirməkdə ittiham olunurlar. 

Vəzifəli şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. 

Eyni iş üzrə ötən ilin dekabrında Prezident Katibliyinin rəisi Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov da həbs olunsa da, o da iyunda ev dustaqlığına buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...
Məhkəmə

Ermənistanda saxlanılan Azərbaycan əsgəri barəsində həbs qətimkan tədbiri seçilib

2 Oktyabr 2026

sosial media

Ermənistanda saxlanılan, Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev barəsində həbs qətimkan tədbiri seçilib. Oktyabrın 2-də Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumata görə, yerli məhkəmə əsgər barəsində 2 aylıq həbs qərarı çıxarıb. Ona qarşı hansı ittihamın irəli sürüldüyü açıqlanmayıb. Lakin Ermənistan Baş Prokurorluğu ötən gün verdiyi açıqlamada N.Musayevin qanunsuz olaraq Ermənistana keçdiyini və Syünik rayonunun Şəki kəndində yerli sakinə atəş açdığını bildirib. Azərbaycan Baş Prokurorluğu da həmin gün yaydığı məlumatda Laçın istiqamətində xidmət keçən N.Musayevin sentyabrın 26-dan itkin düşdüyünü təsdiqləyib. Araşdırma nəticəsində onun xidmət etdiyi hərbi hissəni "özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyən edildiyi" də qeyd olunub. N.Musayevin yaxınlarının müraciəti daha əvvəl...

Seçilmiş Videolar

Toplum TV loqo