Məhkəmə

Bəylər Eyyubovun 5 milyonluq qaçaqmalçılıqda ittiham olunan qardaşı oğlu ev dustaqlığına buraxılıb

5 iyun, 2026
340

Toplum TV

Prezident Katibliyinin rəisi Bəylər Eyyubovun qardaşı oğlu, 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı saxlanılan Ruslan Eyyubovun ev dustaqlığına buraxıldığı bildirilir.

“Qafqazinfo”nun xəbərinə görə, məhkəmə R.Eyyubovun səhhətini nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına qərar verib.

Bildirilir ki, onun barəsində ibtidai istintaq başa çatıb və yekun ittiham elan olunub.

İş adamı R.Eyyubov ötən ilin dekabrında Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov və digər şəxslərə qarşı açılan cinayət işi çərçivəsində həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.4-cü (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213-1.2.2 və 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı olan malların marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan satılması, satış məqsədilə saxlanılması, istehsal binasının hüdudlarından kənara çıxarılması və ya idxal edilməsi, bu əməllərin təkrar törədilməsi), həmçinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.

R.Eyyubov kimya sənayesində ixtisaslaşan “NB Holdinq” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının da ona məxsus olduğu bildirilir.

R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi, general-mayor Həsən Eyyubovun qardaşıdır.

Onlar Prezident Katibliyinin rəisi Bəylər Eyyubovun qardaşı oğullarıdır.
B.Eyyubov uzun müddət Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi olub. O, ötən ilin iyununda bu vəzifədən azad edilərək Prezident Katibliyinin rəisi təyin olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...
Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...

Seçilmiş Videolar

Toplum TV loqo