Məhkəmə

Afiəddin Məmmədov saxlanma şəraitindən narazıdır

21 Avqust, 2025
41

Foto: Meydan TV

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində ümumi vəziyyətin çox pis və dözülməz olduğunu bildirir. 

Yaxınlarının məlumatına görə, ictimai fəalın səhhəti və  psixoloji vəziyyəti ağırdır.

“Dedi ki, orada vəziyyət pisdir. Daha detallı danışmaq istəyəndə zəngi söndürdülər. Sonra yenidən bir neçə dəfə zəng elədik, söndürürdülər. Daha sonra icazə verdilər, amma o barədə yenə danışanda, yenə söndürdülər”, - yaxınları bildirir.

Yaxınlar deyir ki, vədlər verilsə də, Məmmədovun saxlanılma şəraitində heç bir yaxşılaşma yoxdur və bu, Məmmədovun psixoloji durumunu daha da pisləşdirib:

“Mətbəxdə, ərzaq saxlanılan yerdə siçanlar olur, ərzaqı yeyirlər. Antisanitar vəziyyətdir. Yatan yerdə də böyük siçovullar olur. Adam çoxdur, ayaqyolunda saatlarla növbələr olur”.

Afiəddin Məmmədovun normal həkim müayinəsindən də keçə bilmədiyi də deyilir.

“Səhhətində problem olmuşdu, bizə də hər gün zəng edə bilmir, bizim də bundan xəbərimiz yox idi. Tibb məntəqəsinə getmişdi, həkim yerində olmayıb. Bir neçə gün sonra həkimin qəbuluna düşə bilib, onda da yolaverici dərman veiblər”, - fəalın yaxınları qeyd edib.

Afiəddin Məmmədovun sədri olduğu İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə bir neçə dəfə inzibati həbslərlə üzləşib. Хırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda  ittiham olunub.

2023-cü il sentyabrın 20-də isə Afiəddin Məmmədov cinayət işi ilə həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Prokurorluq işgəncə gördüyünü deyən fəalın şikayətini araşdırmır 

21 Avqust 2025

Foto: Fərqanə Novruzova

Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə həbsdə olan işçi hüquqları fəalı Elvin Mustafayevin işi üzrə məhkəmə prosesi keçirilib.  Çıxış edən fəal daha əvvəl saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində amansız işgəncəyə məruz qaldığını, nəticədə günlərlə qulağından qan və irin gəldiyini deyib. O, hələ də eşitmə qabiliyyətində problem olduğunu bildirib.  Fəalın vəkili Zibeydə Sadıqova məhkəmədə işgəncənin araşdırılması üçün prokurorluğa şikayət etsələr də, hələ də cavab almadıqlarını bildirib.  Buna görə də, o, məhkəmənin prokurorluğa sorğu göndərməsi üçün vəsatət verib.  Lakin hakimlər kollegiyası prokurorluğa sorğu göndərməyə razı olmayıb.  E.Mustafayevin 6 saylı Cəzaçəkmə Müəssisəsindən qapalı rejimli Qobustan həbsxanasına köçürülməsiylə bağlı qərardan...
Məhkəmə

Vəkili “qanunsuz senzura”ya etiraz olaraq Tofiq Yaqublu ilə görüşdən imtina edib

20 Avqust 2025

Foto/kollaj: Toplum TV

Vəkil Nemət Kərimli həbsdə olan siyasətçi, hüquqlarını müdafiə etdiyi Tofiq Yaqublu ilə görüşdən imtina edib.  O, “Facebook” səhifəsindəki yazısında qərarını Penitensiar Xidmət əməkdaşlarının onun üzərində qanunsuz yoxlamalar aparması ilə izah edib.  Kərimli bildirib ki, avqustun 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Yaqublu ilə təyin olunan görüşə gedərkən qapıdakı işçilər onun üzərində axtarış aparmaq və bəzi sənədləri müsadirə etmək istəyiblər. O isə axtarışa razı olmayıb və nəticədə görüşə getməyib.  “Tofiq bəyin aclıqdan sonra bərpa dövründə bu qanunsuzluğa birtəhər dözmək olurdu ki, təki görüşüm. Lakin sonuncu dəfə - avqustun 8-də açıq-aydın axtarış aparıldı. Mən təbii olaraq etiraz etdim, sonra rəis telefon vasitəsilə mənə...

Seçilmiş Videolar

Toplum TV loqo