Məhkəmə

Vəkili “qanunsuz senzura”ya etiraz olaraq Tofiq Yaqublu ilə görüşdən imtina edib

20 Avqust, 2025
31

Foto/kollaj: Toplum TV

Vəkil Nemət Kərimli həbsdə olan siyasətçi, hüquqlarını müdafiə etdiyi Tofiq Yaqublu ilə görüşdən imtina edib. 

O, “Facebook” səhifəsindəki yazısında qərarını Penitensiar Xidmət əməkdaşlarının onun üzərində qanunsuz yoxlamalar aparması ilə izah edib. 

Kərimli bildirib ki, avqustun 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Yaqublu ilə təyin olunan görüşə gedərkən qapıdakı işçilər onun üzərində axtarış aparmaq və bəzi sənədləri müsadirə etmək istəyiblər. O isə axtarışa razı olmayıb və nəticədə görüşə getməyib. 

“Tofiq bəyin aclıqdan sonra bərpa dövründə bu qanunsuzluğa birtəhər dözmək olurdu ki, təki görüşüm. Lakin sonuncu dəfə - avqustun 8-də açıq-aydın axtarış aparıldı. Mən təbii olaraq etiraz etdim, sonra rəis telefon vasitəsilə mənə bildirdi ki, bura xüsusi yerdi və axtarış aparılmalı, sənədlər yoxlanılmalıdı və ürəkləri istədiyi qərarı verməlidirlər”, - vəkil qeyd edib. 

Kərimli “Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarına istinad edərək xatırladıb ki, həbs edilmiş şəxslərin müdafiəçilərinin yazışmalarına senzura tətbiq edilə bilməz. 

Vəkil vaxtilə Yaqublunun təqsirləndirildiyi “İsmayıllı hadisələri işi”nin hazırda Avropa İnsan Hüquqları Məhkəməsində kommunikasiya mərhələsində olduğunu, buna görə müvəkkili ilə görüşməli olduğunu deyib. 

T.Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Özü ittihamları qurama sayır. 

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi pislənilib. 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ülviyyə Əli: Hakimiyyət bizi həbs etməklə Rusiyanın tapşırığını həyata keçirib

20 Avqust 2025

Foto: sosial media

Həbsdə olan müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) ictimaiyyət üçün növbəti məktubunu göndərib.  Yaxınlarının dərc etdiyi məktubda jurnalist ötən ay həbs olunan “Sputnik Azərbaycan” jurnalistlərinin həbsinə toxunub.  “Onların həbsi ilə bağlı gülüşlə qarşıladığım yanaşmalardan biri, hökumətyönlü media orqanlarının müstəqil jurnalistlərlə “Sputnik” əməkdaşlarının həbslərini eyniləşdirməyə çalışmasıdır. Guya Kenan Evren kimi “birini sağdan asdıq, birini soldan asdıq” mesajını verirlər. Aydın məsələdir ki, onların da həbsi siyasi sifariş idi, lakin fərqimiz böyükdür. “Sputnik” jurnalistləri sifarişli jurnalistlərdir və ipləri öz əllərində olmayıb, biz isə heç kimin tapşırığını yerinə yetirmədiyimiz, müstəqil fəaliyyət göstərdiyimiz üçün həbs olunmuşuq. Ona görə də onlarla bizim həbsimizi eyniləşdirmək absurddur”, - Ü.Əli...
Məhkəmə

Vəkil Fazil Qasımovun məhkəməsini yarımçıq tərk edib

20 Avqust 2025

Foto/kollaj: Toplum TV

Avqustun 19-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.  Bu barədə onun ailə üzvləri Toplum TV-yə məlumat veriblər. Ailə üzvləri bildirib ki, F.Qasımov apellyasiya şikayətinə yeni əlavələrini məhkəməyə təqdim edib. Əlavə olaraq, o, beş vəsatət verib.   Birinci vəsatət Bəxtiyar Quluzadənin məhkəməyə şahid qismində çağırılıb dindirilməsi ilə bağlı olub.  İqtisadçı vəsatəti əsaslandırmaq üçün bildirib ki, cinayət işində onun digər iqtisadçı Qubad İbadoğlu ilə görüşüb ona saxta pul verdiyi iddia olunur. F.Qasımov həmin vaxt B.Quluzadəni Türkiyədə tədbirə dəvət etdiyini, onu hava limanında qarşıladığını, onun yanında polis yoxlanışından keçdiyini, üzərində heç bir saxta pul olmadığını bildirib....

Seçilmiş Videolar

Toplum TV loqo