Foto: Fərqanə Novruzova
Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə həbsdə olan işçi hüquqları fəalı Elvin Mustafayevin işi üzrə məhkəmə prosesi keçirilib.
Çıxış edən fəal daha əvvəl saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsində amansız işgəncəyə məruz qaldığını, nəticədə günlərlə qulağından qan və irin gəldiyini deyib.
O, hələ də eşitmə qabiliyyətində problem olduğunu bildirib.
Fəalın vəkili Zibeydə Sadıqova məhkəmədə işgəncənin araşdırılması üçün prokurorluğa şikayət etsələr də, hələ də cavab almadıqlarını bildirib.
Buna görə də, o, məhkəmənin prokurorluğa sorğu göndərməsi üçün vəsatət verib.
Lakin hakimlər kollegiyası prokurorluğa sorğu göndərməyə razı olmayıb.
E.Mustafayevin 6 saylı Cəzaçəkmə Müəssisəsindən qapalı rejimli Qobustan həbsxanasına köçürülməsiylə bağlı qərardan verdiyi şikayətə baxılması isə sentyabrın 3-nə təxirə salınıb.
Mustafayev mayın 6-dan 6 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasında (karser) saxlanılıb.
Onun həbsdə olan siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması üçün aclıq etdiyinə görə karserə salındığı deyilirdi.
Fəal mayın 19-da karsdan çıxarılmalı olsa da, onun burada saxlanma müddəti 10 gün uzadılıb. İyunun 3-də isə ailəsi xəbər verib ki, Mustafayevin karserdə qalma müddəti daha 1 ay uzadılıb.
O, həmçinin, vəkilinə karserdə “xüsusi amansızlıqla zorakılığa” məruz qaldığını və qulağında iltihab yarandığını deyib.
Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.
2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib.
2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Meydan TV
Vəkili “qanunsuz senzura”ya etiraz olaraq Tofiq Yaqublu ilə görüşdən imtina edib
Foto/kollaj: Toplum TV
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?