Foto: sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin həbsdə olan sədri Sahib Məmmədzadənin yaxınları günlərdir ondan xəbər ala bilmədiklərini deyirlər.
Bu barədə siyasi fəalın bacısı Tacirə Məmmədzadə avqustun 3-də sosial mediada məlumat yayıb.
“Sahib Məmmədzadə Umbakı istintaq təcridxanasından naməlum istiqamətə aparılıb. Artıq 5 gündür ki, ondan heç bir xəbər ala bilmirik. Ailə olaraq çox böyük narahatlıq içindəyik”, – T.Məmmədzadə deyib.
Yaxınları Penitensiar Xidmətdən Sahib Məmmədzadənin harada saxlanıldığı barədə dərhal məlumat verilməsini tələb edir.
Ailəsi onunla telefon danışığının bərpa olunması tələbini də səsləndirib.
Penitensiar Xidmət deyilənlərə hələki münasibət bildirməyib.
Sahib Məmmədzadə ötən il martın 18-də mal-qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb.
Martın 19-da ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə cinayət işi qaldırılıb.
Dekabrın 10-da Gəncə Ağır Cinayətlər Məhkəməsi Sahib Məmmədzadəni 6 il 6 ay həbsə məhkum edib.
Bu ilin mart ayıbnda apellyasiya məhkəməsi onun cəzasını 3 il 6 aya endirib.
AXCP Sahib Məmmədzadənin həbsini siyasi fəaliyyəti əlaqələndirir.
Son aylarda AXCP-in 10-a yaxın üzvü inzibati qaydada həbs olunub. Əlavə olaraq isə partiyanın ən az 15 üzvünə cinayət işi açılıb.
Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Toplum TV
Foto: sosial media
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?