Məhkəmə

Britaniya Eldar Mahmudovun ailəsinin sərvətini “səhlənkar” yoxlayan vəkili cəzalandırıb

3 Avqust, 2025
434

Foto: açıq mənbə

Böyük Britaniyada vəkil Rori Fordays Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsi ilə əlaqəli vəsaitlərin yoxlanmasında səhlənkarlığa yol verdiyinə görə 32,500 funt -sterlinq (təxminən 42,000 dollar) cərimələnib. 

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (“OCCRP”) məlumatına görə, bu barədə Britaniyanın Vəkillərin İntizam Tribunalı (SDT) qərar verib.

Tribunal Fordaysı Eldar Mahmudovun 41 yaşlı oğlu Anar Mahmudovla bağlı maliyyə əməliyyatlarında yol verdiyi pozuntulara görə cəzalandırıb. 

Bundan əlavə, Fordays beş il müddətinə hüquqi idarəetmə və ya müvafiq vəzifələrdə işləmək hüququndan məhrum edilib.

“Sadəlövh və ibtidai” yoxlama

SDT Fordaysın vəsaitlərin və sərvətin mənbəyini yoxlama səylərini “ibtidai və sadəlövh” adlandırıb. 

Tribunal qeyd edib ki, 2013–2015-ci illər arasında “Taylor Fordyce” hüquq firmasında direktor olan vəkil, Mahmudov ailəsi üzvlərindən iki iri məbləğdə köçürməni müştəri hesabına qəbul edib.

Tribunalın sənədlərinə görə, bu ödənişlərdən biri — 2015-ci il aprelin 17-də daxil olan 1.9 milyon funt-sterlinq (təxminən 2.9 milyon dollar) məbləğində köçürmə — “Continental Properties Limited” şirkətinin Cənubi İngiltərədə daşınmaz əmlak alışı üçün istifadə edilib. Mülk barədə konkret məlumat verilməyib.

Şirkət ofşor qeydiyyatlıdır, benefisiarlar məlum deyil

“OCCRP”-nin əldə etdiyi torpaq reyestri sənədlərinə əsasən, St. Kitts və Nevisdə qeydiyyatdan keçmiş “Continental Properties” 2015-ci il mayın 22-də Nyuberi şəhərində yerləşən kommersiya əmlakını 1.85 milyon funt-sterlinq (təxminən 2.9 milyon dollar) müqabilində satın alıb. Əməliyyatdan sonra şirkətin ünvanı “Taylor Fordyce” hüquq firması kimi göstərilib.

Əmlaka “Pizza Hut”, tədris mərkəzi, “Greggs” çörək mağazası və “Salvation Army” ianə mağazası kimi kommersiya obyektləri daxildir. İyul ayının əvvəlinədək “Continental Properties” həmin daşınmaz əmlakın sahibi idi.

Qeyd olunur ki, şirkət xarici etibar edilən (“trust”) vasitəsilə idarə olunduğundan Böyük Britaniyanın ofşor mülkiyyət reyestrində son benefisiar sahiblərin adları göstərilmir. 

Britaniya qanunları etibarda olan firmaları ictimaiyyətə açıqlama verməkdən azad edir, baxmayaraq ki, benefisiar mülkiyyət təfərrüatları hökumət orqanlarına təqdim edilməlidir. Şəffaflıq kampaniyası aparan şəxslər xəbərdarlıq ediblər ki, bu istisna mülkiyyəti gizlətmək üçün istifadə edilə bilər.

Anar və Nərgiz Mahmudovların adı hallanır

Anar Mahmudov və digər ailə üzvlərinin “Continental Properties” şirkətinin benefisiar sahibi olub-olmadığı hələ də məlum deyil. 

“OCCRP” Mahmudovla əlaqə saxlamağa çalışsa da, material dərc olunanadək cavab ala bilməyib.

SDT-nin bildirdiyinə görə, Fordays tənzimləyici orqanlara bildirib ki, “Continental Properties” şirkətinin son sahibi, Anar Mahmudovun təsisçisi olduğu “Continental Trust” adlı şirkətdir.

O əlavə edib ki, Mahmudov nə direktor, nə səhmdar, nə də benefisiar sahiblərdən biridir və o, həyat yoldaşı ilə birlikdə şirkətin benefisiarları siyahısından çıxarılıb.

Tribunal müəyyən edib ki, əmlakın alınmasında istifadə olunan vəsaitlər Anar Mahmudovun bacısı Nərgiz Mahmudovaya məxsus olub.

Qurum bu nəticəyə gəlib ki, Fordays Mahmudovu təmsil edən mühasibat firmasının, eləcə də Mahmudovun özü tərəfindən təqdim olunan “ziddiyyətli” məlumatlara “hədindən artıq” güvənib. 

“Cənab Fordays daha çox məlumatın tələb olunduğunu bildiyi halda, əməliyyatı öz tənzimləyici öhdəliklərindən üstün tutub”, – qərarda deyilir.

Korrupsiyaya qarşı mübarizə təşkilatının direktor müavini Helen Teylor “OCCRP”-yə bildirib ki, “bu hadisə, xüsusilə Böyük Britaniyanın daşınmaz əmlak bazarında Azərbaycanla bağlı bir sıra “qalmaqallar” nəzərə alınmaqla, “bu vəsaitlərin necə istifadə edildiyinin təcili araşdırılmalı olduğunu göstərdi.

O əlavə edib ki, bu hadisə müştərilərinə sual verməkdən çəkinən kiçik hüquq firmalarının necə asanlıqla risk altında qala biləcəyini göstərir.

Ailənin sərvəti və şübhəli mənbələr

Hələ 2020-ci ildə “OCCRP” və “Finance Uncovered” tərəfindən dərc olunan bir araşdırmada Mahmudov ailəsinin Avropada ən azı 100 milyon avro dəyərində biznes və daşınmaz əmlak imperiyası qurduğu yazılmışdı.

Həmin araşdırmada nə “Continental Properties” şirkətinin, nə də Nyuberidəki əmlakın adı çəkilirdi.

Hələ o vaxt Nərgiz və Anar Mahmudovların vəkili  “OCCRP”-yə bildirmişdi ki, ailənin sərvəti 19-cu əsrdə yaşamış bir əcdaddan miras qalıb və onların “bütün aktivləri və biznes maraqları müvafiq qanunvericiliyə uyğun olaraq qeydiyyata alınıb.”

Eldar Mahmudov 2015-ci ilin oktyabrında prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. 

Ardınca MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan bəzilərinə uzunmüddətli həbs cəzaları kəsilib, əmlakları müsadirə olunub.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Toplum TV işi: Hikmət Hacıyev gəlsin ifadə versin, dəqiq məbləği o bilir

4 Avqust 2025

Foto: Toplum TV

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesin şahid ifadələri ilə davam etməsi gözlənilirdi. Lakin cinayət işindəki mülki iddiaçı tərəf olan Vergilər Nazirliyinin iddiasının əsaslandırması bitmədiyindən buna vaxt qalmayıb. Prosesdə zərərçəkən qismində iştirak edən nazirlik nümayəndəsi müdafiə tərəfinin və hakimin suallarını cavablandıırb. Təqsirləndirilən şəxslərin vəkillərindən biri Fəxrəddin Mehdiyev nazirlik nümayəndəsindən “Toplumçu”ların 79 min manat vergi borcu yarandığına dair iddianı əsaslandırmasını istəyib. Nazirlik nümayəndəsi cavabında bildirib ki, bunu deməyə işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması və icarə müqavilələri əsas verir. Vəkilin “qeyd etdiyiniz icarə müqaviləsi kimlər arasında aparılıb,...
Məhkəmə

Anar Abdulla həbs edildi

4 Avqust 2025

Foto: sosial media

İctimai fəal Anar Abdulla barəsində həbs-qətimkan tədbiri seçilib. İctimai fəalın vəkili Günay İsmayılovanın Toplum TV-yə verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 4-də prokurorun vəsatəti əsasında belə qərar qəbul edib. Qərara əsasən, A.Abdulla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəzlənib. A.Abdullaya iyulun 11-də İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib. O, məhkəmədə bildirmişdi ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib. Vəkil bildirib k, Anar Abdulla bu gün məhkəmədən...

Seçilmiş Videolar

Toplum TV loqo