Siyasət

“Reuters”: ABŞ Azərbaycanı “İbrahim Razılaşmaları”na cəlb etmək istəyir

4 Avqust, 2025
28

Foto: AP

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Azərbaycan və bəzi Mərkəzi Asiya ölkələrini “İbrahim Razılaşmaları”na cəlb etmək niyyətində olduğu bildirilir.

“İbrahim Razılaşmaları” Nədir?

“İbrahim razılaşmaları” 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə başlayıb. Bu razılaşmalar çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə diplomatik münasibətləri normallaşdırıb. Daha sonra Sudan və Mərakeş də bu təşəbbüsə qoşulub.

“Azərbaycanla bağlı danışıqlar ciddi xarakter daşıyır”

“Reuters” agentliyi xəbər verir ki, Ağ Ev rəsmiləri bir neçə potensial ölkəni bu razılaşmalara daxil etmək istəyir, lakin Azərbaycanla bağlı müzakirələrin “ən strukturlaşdırılmış və ciddi” xarakter daşıdığı bildirilir.

İki mənbə iddia edir ki, razılaşma bir neçə həftə ərzində əldə oluna bilər.

İlkin Şərt: Ermənistanla Sülh

Digər mənbələrin məlumatına görə, Tramp Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını “İbrahim Razılaşmaları”na qoşulmaq üçün əsas ilkin şərt kimi görür.

Mart ayında tərəflərin sülh sazişi mətnində razılaşdıqları bildirilsə də, sənəd hələ imzalanmayıb.

Ermənistanın İddiası: Bakıdan şərtlər

Ermənistan rəsmiləri iddia edirlər ki, sazişin imzalanmamasına səbəb Azərbaycanın müəyyən şərtlər irəli sürməsidir. Bu şərtlərə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması və ATƏT-in Minsk qrupunun ləğvi üçün rəsmi müraciət daxildir.

Tramp: “Sülhə çox yaxınıq”

İyulun 19-da Tramp ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında “möcüzəvi irəliləyiş” əldə olunduğunu və sülhə çox yaxın olduqlarını bildirib.

Avqustun 8-də Ağ Evdə görüş planlaşdırılır

Məlumatlara görə, bir sıra mənbələr ABŞ Dövlət Departamentinin müxbiri Aleks (Ələkbər) Raufoğluna təsdiqləyiblər ki, Ermənistan və Azərbaycan bu həftənin sonunda Vaşinqtonda sülh niyyətlərini elan etməyə hazırdırlar.

Raufoğlunun yazdığına görə, Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etməyi planlaşdırır.

Bütün ilkin şərtlər yerinə yetirilsə belə, Azərbaycanın “İbrahim razılaşmaları”na niyə qoşulmaq istədiyi və bu addımın nə dərəcədə simvolik xarakter daşıdığı suallar doğurur.

Azərbaycan İsraillə artıq illərdir ki, güclü hərbi əməkdaşlıq və strateji tərəfdaşlıq qurub.

ABŞ: “Daha çox ölkə qoşulmalıdır”

“Reuters”-in məlumatına görə, ABŞ Dövlət Departamenti razılaşmaların genişləndirilməsinin Tramp administrasiyası üçün əsas prioritetlərdən biri olduğunu bildirib.

“Biz daha çox ölkənin qoşulması üçün çalışırıq”, – deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib.

Azərbaycan hökuməti isə məsələyə münasibət bildirməkdən imtina edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ayvazovskinin heykəlinin sökülməsi Bakı-Moskva münasibətlərini yenidən gərginləşdirib

4 Avqust 2025

Foto: açıq mənbə

Qarabağda rus mənşəli məşhur rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsi Azərbaycan və Rusiya arasında münasibətlərdə növbəti gərginlik dalğasını yaradıb. 1817-ci ildə Krımda anadan olmuş, erməni əsilli İvan Ayvazovski dünya incəsənətində dəniz mənzərələri ilə tanınır. Onun əsərləri Rusiya, Ermənistan, Ukrayna və digər ölkələrdə yüksək dəyərləndirilir.  Ayvazovskinin heykəli Azərbaycan ərazisində, Rusiya sülhməramlılarının razılığı ilə Qarabağda ucaldılmışdı. Azərbaycan tərəfi heykəlin razılaşdırılmadan qoyulduğunu bildirərək onu söküb və bu addımı suverenlik prinsiplərinin pozulması kimi dəyərləndirib. Mövzuya Rusiya KİV-ləri geniş yer ayırıb. Dövlət agentliyi “TASS” heykəlin sökülməsi ilə bağlı məqaləsində Qarabağın paytaxtı kimi “Stepanakert” toponimindən istifadə edib. Bu isə Azərbaycanda sərt reaksiya doğurub. Rəsmi dövlət agentliyi “AZƏRTAC”...
Siyasət

Akif Qurbanov bu il də doğum gününü həbsdə qeyd edir

3 Avqust 2025

Foto:RFE/RL

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov artıq ikinci ildir doğum gününü həbsdə qeyd edir. O, 2024-cü il martın 6-da polisin III Respublika Platformasının Bakıdakı ofisində keçirdiyi reyd zamanı həbs olunub.  Ona qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi maliyyə cinayətləri yer alır. A.Qurbanov bu ittihamları rədd edir və həbsinin siyasi motivli olduğunu bildirir. Onun hakimin verdiyi “özünüzü təqsirli bilirsinizmi?” sualına cavabını tamamlaması üçün 3 məhkəmə iclası lazım olub.  Qurbanov çıxışında İDİ-nin gəncləri hüquq və media sahəsində maarifləndirmək üçün yaradıldığını, buna görə özünün və...

Seçilmiş Videolar

Toplum TV loqo