Məhkəmə

Anar Abdulla həbs edildi

4 Avqust, 2025
25

Foto: sosial media

İctimai fəal Anar Abdulla barəsində həbs-qətimkan tədbiri seçilib.

İctimai fəalın vəkili Günay İsmayılovanın Toplum TV-yə verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 4-də prokurorun vəsatəti əsasında belə qərar qəbul edib.

Qərara əsasən, A.Abdulla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəzlənib.

A.Abdullaya iyulun 11-də İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.

O, məhkəmədə bildirmişdi ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.

Vəkil bildirib k, Anar Abdulla bu gün məhkəmədən birbaşa istintaq təcridxanasına göndərilib.

Anar Abdulla bu il aprelin 8-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.

O, qaçaqmalçılıq da daxil olmaqla 8 maliyyə cinayətində ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Toplum TV işi: Hikmət Hacıyev gəlsin ifadə versin, dəqiq məbləği o bilir

4 Avqust 2025

Foto: Toplum TV

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesin şahid ifadələri ilə davam etməsi gözlənilirdi. Lakin cinayət işindəki mülki iddiaçı tərəf olan Vergilər Nazirliyinin iddiasının əsaslandırması bitmədiyindən buna vaxt qalmayıb. Prosesdə zərərçəkən qismində iştirak edən nazirlik nümayəndəsi müdafiə tərəfinin və hakimin suallarını cavablandıırb. Təqsirləndirilən şəxslərin vəkillərindən biri Fəxrəddin Mehdiyev nazirlik nümayəndəsindən “Toplumçu”ların 79 min manat vergi borcu yarandığına dair iddianı əsaslandırmasını istəyib. Nazirlik nümayəndəsi cavabında bildirib ki, bunu deməyə işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması və icarə müqavilələri əsas verir. Vəkilin “qeyd etdiyiniz icarə müqaviləsi kimlər arasında aparılıb,...
Məhkəmə

Ailəsi həbsdə olan AXCP üzvündən xəbər ala bilmir

4 Avqust 2025

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin həbsdə olan sədri Sahib Məmmədzadənin yaxınları günlərdir ondan xəbər ala bilmədiklərini deyirlər. Bu barədə siyasi fəalın bacısı Tacirə Məmmədzadə avqustun 3-də sosial mediada məlumat yayıb. “Sahib Məmmədzadə Umbakı istintaq təcridxanasından naməlum istiqamətə aparılıb. Artıq 5 gündür ki, ondan heç bir xəbər ala bilmirik. Ailə olaraq çox böyük narahatlıq içindəyik”, – T.Məmmədzadə deyib. Yaxınları Penitensiar Xidmətdən Sahib Məmmədzadənin harada saxlanıldığı barədə dərhal məlumat verilməsini tələb edir. Ailəsi onunla telefon danışığının bərpa olunması tələbini də səsləndirib. Penitensiar Xidmət deyilənlərə hələki münasibət bildirməyib. Sahib Məmmədzadə ötən il martın 18-də mal-qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb. Martın 19-da ona...

Seçilmiş Videolar

Toplum TV loqo