Siyasət

Ayvazovskinin heykəlinin sökülməsi Bakı-Moskva münasibətlərini yenidən gərginləşdirib

4 Avqust, 2025
51

Foto: açıq mənbə

Qarabağda rus mənşəli məşhur rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsi Azərbaycan və Rusiya arasında münasibətlərdə növbəti gərginlik dalğasını yaradıb.

1817-ci ildə Krımda anadan olmuş, erməni əsilli İvan Ayvazovski dünya incəsənətində dəniz mənzərələri ilə tanınır. Onun əsərləri Rusiya, Ermənistan, Ukrayna və digər ölkələrdə yüksək dəyərləndirilir. 

Ayvazovskinin heykəli Azərbaycan ərazisində, Rusiya sülhməramlılarının razılığı ilə Qarabağda ucaldılmışdı. Azərbaycan tərəfi heykəlin razılaşdırılmadan qoyulduğunu bildirərək onu söküb və bu addımı suverenlik prinsiplərinin pozulması kimi dəyərləndirib.

Mövzuya Rusiya KİV-ləri geniş yer ayırıb. Dövlət agentliyi “TASS” heykəlin sökülməsi ilə bağlı məqaləsində Qarabağın paytaxtı kimi “Stepanakert” toponimindən istifadə edib. Bu isə Azərbaycanda sərt reaksiya doğurub. Rəsmi dövlət agentliyi “AZƏRTAC” məsələ ilə bağlı “TASS”a şikayət göndərib. 

Ardınca məqalənin başlığı dəyişdirilərək əvvəl “Dağlıq Qarabağ”, daha sonra isə “Qarabağ” adlandırılıb. Bununla belə, məqalədə ermənilərin istifadə etdiyi “Artsax” termini də yer alıb ki, bu da əlavə narazılıq doğurub.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, heykəlin ucaldılması rəsmi Bakı ilə razılaşdırılmayıb və bu, ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Moskvanın da reaksiyası sərt olub. Dövlət Dumasının deputatı Konstantin Zatulin heykəlin sökülməsini “barbarlıq” adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə şəxsi “Telegram” kanalında Ayvazovskinin əsərlərini paylaşaraq Azərbaycanı tənqid edib.

Avqustun 2-də “Moskovskiy Komsomolets” qəzetində dərc olunan məqalə isə məsələni daha da qəlizləşdirib. Məqalədə Azərbaycan nasist Almaniyası ilə müqayisə olunub və “Ukraynadan sonra Bakı abidələrə müharibə elan etdi” başlığı ilə çıxış edilib. 

Müəllif Marina Perevozkina Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına istinad edərək, abidənin sökülməsinin əsas səbəbinin Ayvazovskinin erməni mənşəli olması ilə əlaqələndirildiyini iddia edib. O, bu faktı nasistlərin fizika alimi Henrix Hersin yəhudi əsilli olması səbəbindən büstünü Karlsrue Universitetindən sökməsi ilə müqayisə edib.

Gərginliyin arxa fonu

Rusiya-Azərbaycan münasibətlərində gərginlik son aylarda bir neçə hadisə ilə daha da dərinləşib. 2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması bu münasibətlərin soyumasında başlanğıc nöqtəsi hesab olunur.

Daha sonra Yekaterinburqda keçirilən xüsusi əməliyyat zamanı azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının öldürülməsi Bakının narazılığına səbəb olub. 

Ardınca “Sputnik Azərbaycan” media qurumunun rəhbəri “FSB-yə işləməkdə” ittiham edilərək saxlanılıb. Bundan əlavə, daha 11 Rusiya vətəndaşı Azərbaycanda narkotik alveri və kibercinayətlərə görə həbs olunub.

Avqustun 2-də isə Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskvada saxlanılıb. Onun oğlu Mutvəli Şıxlinski isə iyulun 16-da Yekaterinburqda həbs edilmişdi.

Bütün bu hadisələr “TASS”ın baş direktor müavini Mixail Qusmanın vəzifəsindən uzaqlaşdırılmasından bir həftə sonra baş verib. 

Onun vəzifədən getməsi Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq tədbirdə iştirakından sonra baş verib və bu zamanlama da mətbuatda geniş müzakirə olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Reuters”: ABŞ Azərbaycanı “İbrahim Razılaşmaları”na cəlb etmək istəyir

4 Avqust 2025

Foto: AP

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Azərbaycan və bəzi Mərkəzi Asiya ölkələrini “İbrahim Razılaşmaları”na cəlb etmək niyyətində olduğu bildirilir. “İbrahim Razılaşmaları” Nədir? “İbrahim razılaşmaları” 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə başlayıb. Bu razılaşmalar çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə diplomatik münasibətləri normallaşdırıb. Daha sonra Sudan və Mərakeş də bu təşəbbüsə qoşulub. “Azərbaycanla bağlı danışıqlar ciddi xarakter daşıyır” “Reuters” agentliyi xəbər verir ki, Ağ Ev rəsmiləri bir neçə potensial ölkəni bu razılaşmalara daxil etmək istəyir, lakin Azərbaycanla bağlı müzakirələrin “ən strukturlaşdırılmış və ciddi” xarakter daşıdığı bildirilir. İki mənbə iddia edir ki, razılaşma bir neçə həftə ərzində əldə oluna bilər. İlkin Şərt: Ermənistanla...
Siyasət

Akif Qurbanov bu il də doğum gününü həbsdə qeyd edir

3 Avqust 2025

Foto:RFE/RL

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov artıq ikinci ildir doğum gününü həbsdə qeyd edir. O, 2024-cü il martın 6-da polisin III Respublika Platformasının Bakıdakı ofisində keçirdiyi reyd zamanı həbs olunub.  Ona qarşı irəli sürülən ittihamlar arasında valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi ciddi maliyyə cinayətləri yer alır. A.Qurbanov bu ittihamları rədd edir və həbsinin siyasi motivli olduğunu bildirir. Onun hakimin verdiyi “özünüzü təqsirli bilirsinizmi?” sualına cavabını tamamlaması üçün 3 məhkəmə iclası lazım olub.  Qurbanov çıxışında İDİ-nin gəncləri hüquq və media sahəsində maarifləndirmək üçün yaradıldığını, buna görə özünün və...

Seçilmiş Videolar

Toplum TV loqo