Məhkəmə

Anar Abdulla həbs edildi

4 Avqust, 2025
34

Foto: sosial media

İctimai fəal Anar Abdulla barəsində həbs-qətimkan tədbiri seçilib.

İctimai fəalın vəkili Günay İsmayılovanın Toplum TV-yə verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 4-də prokurorun vəsatəti əsasında belə qərar qəbul edib.

Qərara əsasən, A.Abdulla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəzlənib.

A.Abdullaya iyulun 11-də İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.

O, məhkəmədə bildirmişdi ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.

Vəkil bildirib k, Anar Abdulla bu gün məhkəmədən birbaşa istintaq təcridxanasına göndərilib.

Anar Abdulla bu il aprelin 8-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.

O, qaçaqmalçılıq da daxil olmaqla 8 maliyyə cinayətində ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ülvi Həsənlinin 16 günə 15 kq çəki itirdiyi deyilir

4 Avqust 2025

Foto: VOA

16 gündür aclıq aksiyası keçirən “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin səhhəti kəskin şəkildə pisləşib. Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, Ülvi Həsənli son 16 gündə 15 kiloqram çəki itirib, hazırda çəkisi 63 kiloqramdır. Yaxınları qeyd edir ki, son görüş zamanı o, ayaq üstə güclə dayana bilib: “40 dərəcə istidə aclıq edən adam “kars”da saxlanılır. Orada nə pəncərə, nə də havalandırılmaya aid bir şey yoxdur”. Həyat yoldaşı vurğulayıb ki, bu səbəbdən Həsənli nəfəs darlığından əziyyət çəkir, ürək döyüntüləri isə kəskin şəkildə artıb. “Ürəyi elə döyünür elə bil yerindən çıxacaq. Bu baş...
Məhkəmə

“Toplum TV işi: Hikmət Hacıyev gəlsin ifadə versin, dəqiq məbləği o bilir

4 Avqust 2025

Foto: Toplum TV

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesin şahid ifadələri ilə davam etməsi gözlənilirdi. Lakin cinayət işindəki mülki iddiaçı tərəf olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiasının əsaslandırması bitmədiyindən buna vaxt qalmayıb. Prosesdə zərərçəkən qismində iştirak edən xidmət nümayəndəsi müdafiə tərəfinin və hakimin suallarını cavablandıırb. Təqsirləndirilən şəxslərin vəkillərindən biri Fəxrəddin Mehdiyev nazirlik nümayəndəsindən “Toplumçu”ların 79 min manat vergi borcu yarandığına dair iddianı əsaslandırmasını istəyib. Nazirlik nümayəndəsi cavabında bildirib ki, bunu deməyə işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması və icarə müqavilələri əsas verir. Vəkilin “qeyd etdiyiniz icarə müqaviləsi...

Seçilmiş Videolar

Toplum TV loqo