Məhkəmə

Ailəsi həbsdə olan AXCP üzvündən xəbər ala bilmir

4 Avqust, 2025
54

Foto: sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin həbsdə olan sədri Sahib Məmmədzadənin yaxınları günlərdir ondan xəbər ala bilmədiklərini deyirlər.

Bu barədə siyasi fəalın bacısı Tacirə Məmmədzadə avqustun 3-də sosial mediada məlumat yayıb.

“Sahib Məmmədzadə Umbakı istintaq təcridxanasından naməlum istiqamətə aparılıb. Artıq 5 gündür ki, ondan heç bir xəbər ala bilmirik. Ailə olaraq çox böyük narahatlıq içindəyik”, – T.Məmmədzadə deyib.

Yaxınları Penitensiar Xidmətdən Sahib Məmmədzadənin harada saxlanıldığı barədə dərhal məlumat verilməsini tələb edir.

Ailəsi onunla telefon danışığının bərpa olunması tələbini də səsləndirib.

Penitensiar Xidmət deyilənlərə hələki münasibət bildirməyib.

Sahib Məmmədzadə ötən il martın 18-də mal-qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb.

Martın 19-da ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə cinayət işi qaldırılıb.

Dekabrın 10-da Gəncə Ağır Cinayətlər Məhkəməsi Sahib Məmmədzadəni 6 il 6 ay həbsə məhkum edib.

Bu ilin mart ayıbnda apellyasiya məhkəməsi onun cəzasını 3 il 6 aya endirib.

AXCP Sahib Məmmədzadənin həbsini siyasi fəaliyyəti əlaqələndirir.

Son aylarda AXCP-in 10-a yaxın üzvü inzibati qaydada həbs olunub. Əlavə olaraq isə partiyanın ən az 15 üzvünə cinayət işi açılıb. 

Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ülvi Həsənlinin 16 günə 15 kq çəki itirdiyi deyilir

4 Avqust 2025

Foto: VOA

16 gündür aclıq aksiyası keçirən “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin səhhəti kəskin şəkildə pisləşib. Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, Ülvi Həsənli son 16 gündə 15 kiloqram çəki itirib, hazırda çəkisi 63 kiloqramdır. Yaxınları qeyd edir ki, son görüş zamanı o, ayaq üstə güclə dayana bilib: “40 dərəcə istidə aclıq edən adam “kars”da saxlanılır. Orada nə pəncərə, nə də havalandırılmaya aid bir şey yoxdur”. Həyat yoldaşı vurğulayıb ki, bu səbəbdən Həsənli nəfəs darlığından əziyyət çəkir, ürək döyüntüləri isə kəskin şəkildə artıb. “Ürəyi elə döyünür elə bil yerindən çıxacaq. Bu baş...
Məhkəmə

“Toplum TV işi: Hikmət Hacıyev gəlsin ifadə versin, dəqiq məbləği o bilir

4 Avqust 2025

Foto: Toplum TV

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesin şahid ifadələri ilə davam etməsi gözlənilirdi. Lakin cinayət işindəki mülki iddiaçı tərəf olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiasının əsaslandırması bitmədiyindən buna vaxt qalmayıb. Prosesdə zərərçəkən qismində iştirak edən xidmət nümayəndəsi müdafiə tərəfinin və hakimin suallarını cavablandıırb. Təqsirləndirilən şəxslərin vəkillərindən biri Fəxrəddin Mehdiyev nazirlik nümayəndəsindən “Toplumçu”ların 79 min manat vergi borcu yarandığına dair iddianı əsaslandırmasını istəyib. Nazirlik nümayəndəsi cavabında bildirib ki, bunu deməyə işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması və icarə müqavilələri əsas verir. Vəkilin “qeyd etdiyiniz icarə müqaviləsi...

Seçilmiş Videolar

Toplum TV loqo