Məhkəmə

Ülvi Həsənlinin 16 günə 15 kq çəki itirdiyi deyilir

4 Avqust, 2025
45

Foto: VOA

16 gündür aclıq aksiyası keçirən “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin səhhəti kəskin şəkildə pisləşib.

Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, Ülvi Həsənli son 16 gündə 15 kiloqram çəki itirib, hazırda çəkisi 63 kiloqramdır.

Yaxınları qeyd edir ki, son görüş zamanı o, ayaq üstə güclə dayana bilib:

“40 dərəcə istidə aclıq edən adam “kars”da saxlanılır. Orada nə pəncərə, nə də havalandırılmaya aid bir şey yoxdur”.

Həyat yoldaşı vurğulayıb ki, bu səbəbdən Həsənli nəfəs darlığından əziyyət çəkir, ürək döyüntüləri isə kəskin şəkildə artıb.

“Ürəyi elə döyünür elə bil yerindən çıxacaq. Bu baş verənlərin nəticəsində orqanizmdə qan dövranı zəifləyib, ürəyə qan çox zəif getdiyinə görə ayaqları donur. Bədənindən soyuq tər gedir, orqanizm sağ qalmaq uğrunda mübarizə aparır. Böyrəklərində də arğılar yaranıb, təyziqi zəifdir”, - R. Quliyeva qey edib.

Ailə üzvləri Həsənlinin vəziyyətinə heç bir həkimin nəzarət aparmadığını da söyləyib.

“Nəzarətçiyə valerianka veriblər ki, Ülvinin halı pis olsa ona 2 ədəd tabletka versin. Göz görə-görə adamı öldürürlər”,- o deyib.

Bundan əvvəl ailəsi Ülvi Həsənlinin dərhal tibbi müəssisəyə köçürülməsini tələb edib, ancaq bu baş verməyib.

Ülvi Həsənli iyulun 20-də müddətsiz aclığa başladığını elan edib. O, aclıq qərarını Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vədin yerinə yetirilməməsi ilə əsaslandırıb.

Ona dəstək olaraq “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən aclıq aksiyasına qoşulublar. Onlar iyulun 28-də ailə üzvlərinin səhhətində yaranan problemləri nəzərə alaraq aksiyanı dayandırıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Toplum TV işi: Hikmət Hacıyev gəlsin ifadə versin, dəqiq məbləği o bilir

4 Avqust 2025

Foto: Toplum TV

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesin şahid ifadələri ilə davam etməsi gözlənilirdi. Lakin cinayət işindəki mülki iddiaçı tərəf olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiasının əsaslandırması bitmədiyindən buna vaxt qalmayıb. Prosesdə zərərçəkən qismində iştirak edən xidmət nümayəndəsi müdafiə tərəfinin və hakimin suallarını cavablandıırb. Təqsirləndirilən şəxslərin vəkillərindən biri Fəxrəddin Mehdiyev nazirlik nümayəndəsindən “Toplumçu”ların 79 min manat vergi borcu yarandığına dair iddianı əsaslandırmasını istəyib. Nazirlik nümayəndəsi cavabında bildirib ki, bunu deməyə işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması və icarə müqavilələri əsas verir. Vəkilin “qeyd etdiyiniz icarə müqaviləsi...
Məhkəmə

Anar Abdulla həbs edildi

4 Avqust 2025

Foto: sosial media

İctimai fəal Anar Abdulla barəsində həbs-qətimkan tədbiri seçilib. İctimai fəalın vəkili Günay İsmayılovanın Toplum TV-yə verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 4-də prokurorun vəsatəti əsasında belə qərar qəbul edib. Qərara əsasən, A.Abdulla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəzlənib. A.Abdullaya iyulun 11-də İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib. O, məhkəmədə bildirmişdi ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib. Vəkil bildirib k, Anar Abdulla bu gün məhkəmədən...

Seçilmiş Videolar

Toplum TV loqo