Məhkəmə

Anar Məmmədli və Anar Abdullanın məhkəməsi başlayıb

26 May, 2025
106

Foto: sosial media

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın məhkəməsi başlayıb. 

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məmmədlinin vəkili Cavad Cavadov müvəkkilinin şüşə qəfəsdə deyil, yanında əyləşməsi üçün vəsatət verib. Vəsatət təmin edilib. 

Daha sonra Cavadov Məmmədlinin ev dustaqlığına buraxılması və cinayət işinə xitam verilməsi ilə bağlı vəsatət verib. 

Anar Abdullanın müdafiəçisi də vəsatət verərək cinayət işinə xitam verilməsini istəyib. 

Məhkəmə vəsatətləri təmin etməyib. 

Məmmədlinin digər vəkili Elçin Sadıqov cinayət işində olan sənədlərlə tanış olmaq üçün məhkəmədən hazırlıq iclasının təxirə salınmasını xahiş edib.

Hazırlıq iclası iyunun 2-dək təxirə salınıb.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.

O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.

Məmmədli özünü təqsirli saymır.

A.Abdulla isə aprelin 8-də Məmmədliyə qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qaçaqmalçılıq, vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, qaçaqmalçılıq əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və  rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma maddələri ilə ittiham irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hökumət Ayxan İsrafilovun azadlıq hüququnun pozulmasını tanıyıb 

29 May 2025

Foto: sosial media

Azərbaycan hökuməti “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Ayxan İsrafilovun azadlıq hüququnun pozulmasını tanıyıb.  Bu barədə İsrafilovun vəkili Fariz Namazlı “Facebook” səhifəsində xəbər verib.  Namazlı deyib ki, mayın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 13 ərizəçi üzrə 4 qərar qəbul edib. Bu qərarların ikisində Məhkəmə tərəflərin dostcasına barışığını qəbul edib, iki işdə isə hökumətin birtərəfli bəyanatını qəbul edərək işləri siyahıdan çıxarıb.  Siyahıdan çıxarılan işlərin içində İsrafilovun da şikayəti yer alıb. Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində nəzərdə tutulmuş hüququnun (azadlıq hüququ - red.) pozuntusunu etiraf edən hökümətin birtərəfli bəyanatını qəbul edib. Aprel ayında Prezident İlham...
Məhkəmə

Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"

29 May 2025

Foto: sosial media

Mayın 30-da “Abzas Media işi” üzrə həbsdə olan iqtisadçı, “Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin polis tərəfindən saxlanılmasının bir ili tamam olur.  Mehralızadə bu münasibətlə “Azadlıq Radiosu"na saxlanıldığı günü təsvir edən məktub yazıb.  O, 2024-cü ilin mayın 30-da səhər 8.30 radələrində bir neçə mülki geyimli və maskalı adam tərəfindən küçədən oğurlandığını, başına torba keçirildiyini, 2 saat bu vəziyyətdə saxlanıldığını yazıb.  “Nəhayət, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşlarına təhvil verilirəm və yaşanan dialoqdan anlaşılır ki, məni təhvil alanlar məni gətirən adamları tanımır. Müstəntiq otağa daxil olduqda iki saatdan sonra torba başımdan çıxarılır. Müstəntiqin ilk sualı sanki seçim xarakterlidir: "Abzas Media, Toplum...

Seçilmiş Videolar

Toplum TV loqo