Məhkəmə

Fərid Mehralızadə: Xaricə getməyim mənə qarşı yeganə “sübut”dur

28 May, 2025
118

Foto: sosial media

“Abzas işi” üzrə həbsdə olan iqtisadçı və “Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə dövlət ittihamçısının məhkəmədən ona 12 il həbs cəzası istəməsinə münasibət bildirib. 

Mehralızadə həbsdən “Azadlıq Radiosu"na yazaraq bildirir ki, son məhkəmə prosesində prokuror Rauf Malışov onun barəsindəki ittihamın sübuta yetirildiyini deyərkən sadəcə bir "sübut"dan - onun xarici ölkələrə səfər etməyindən söz açıb. 

“Söhbət xaricdən qayıdarkən ölkəyə xarici valyuta gətirdiyimi sübut edən hansısa sənəd, görüntü, yazışma və ya hər hansı bir maddi sübutdan getmir. Sadəcə olaraq Azərbaycandan başqa ölkəyə getməyimdən gedir. Bu baxımdan, məndə belə təəssürat yaranır ki, həbsimi sifariş edən dövlət qurumu Dövlət Turizm Agentliyidir. Ölkədaxili turizmə az töhfə verdiyim üçün məni cəzalandırır", – o qeyd edib.

İqtisadçı, həmçinin, prokurorun məhkəmədən onun avtomobilinin müsadirə olunmasını istəməsinə də toxunub. O, bu tələbi absurd sayıb. 

““Cinayət yolu ilə əldə etdiyim” vəsait hesabına aldığım avtomobilin xaricdən sifarişi üçün ödədiyim vəsait isə cəmi 7 min 800 dollardır, təxminən 13 min 300 manat. Bu məbləğ mənim təxminən üç aylıq gəlirimə bərabərdir və mən 2019-cu ildən rəsmi əmək müqaviləsi əsasında çalışmışam. Prokuror Malışovun təxəyyüllünə heyran olmamaq əldə deyil. Bir daha xəbərdarlıq edirəm: Xarici ölkələrə səfər edərkən və avtomobil alarkən diqqətli olun. Bu sizin 12 ilədək həbs olunmağınıza səbəb ola bilər", – F.Mehralızadə yazır.

Mayın 20-də prokuror "Abzas Media"nın direktoru Ülvi Həsənlinin, araşdırmaçı jurnalist Hafiz Babalının və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin 12 il, "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının, koordinatoru Məhəmməd Kekalovun, jurnalistlər Nərgiz Absalamovanın və Elnarə Qasımovanın isə 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslər ilkin olaraq qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hökumət Ayxan İsrafilovun azadlıq hüququnun pozulmasını tanıyıb 

29 May 2025

Foto: sosial media

Azərbaycan hökuməti “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Ayxan İsrafilovun azadlıq hüququnun pozulmasını tanıyıb.  Bu barədə İsrafilovun vəkili Fariz Namazlı “Facebook” səhifəsində xəbər verib.  Namazlı deyib ki, mayın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 13 ərizəçi üzrə 4 qərar qəbul edib. Bu qərarların ikisində Məhkəmə tərəflərin dostcasına barışığını qəbul edib, iki işdə isə hökumətin birtərəfli bəyanatını qəbul edərək işləri siyahıdan çıxarıb.  Siyahıdan çıxarılan işlərin içində İsrafilovun da şikayəti yer alıb. Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində nəzərdə tutulmuş hüququnun (azadlıq hüququ - red.) pozuntusunu etiraf edən hökümətin birtərəfli bəyanatını qəbul edib. Aprel ayında Prezident İlham...
Məhkəmə

Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"

29 May 2025

Foto: sosial media

Mayın 30-da “Abzas Media işi” üzrə həbsdə olan iqtisadçı, “Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin polis tərəfindən saxlanılmasının bir ili tamam olur.  Mehralızadə bu münasibətlə “Azadlıq Radiosu"na saxlanıldığı günü təsvir edən məktub yazıb.  O, 2024-cü ilin mayın 30-da səhər 8.30 radələrində bir neçə mülki geyimli və maskalı adam tərəfindən küçədən oğurlandığını, başına torba keçirildiyini, 2 saat bu vəziyyətdə saxlanıldığını yazıb.  “Nəhayət, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşlarına təhvil verilirəm və yaşanan dialoqdan anlaşılır ki, məni təhvil alanlar məni gətirən adamları tanımır. Müstəntiq otağa daxil olduqda iki saatdan sonra torba başımdan çıxarılır. Müstəntiqin ilk sualı sanki seçim xarakterlidir: "Abzas Media, Toplum...

Seçilmiş Videolar

Toplum TV loqo