Foto: Sosial media
“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb.
Bu barədə mayın 28-də birliyin “Facebook” səhifəsində bəyanat verilib.
Bəyanatda “son dövrlər yaranmış bir sıra obyektiv və subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlılığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq” birliyin fəaliyyətinin dayandırılmasının qərara alındığı deyilib.
“İctimai Birlikdə təmsil olunan üzvlər bundan sonra da dövlətimizin yanında olacaq, qazilərimizin hüquq və maraqlarının bundan sonra daha şəffaf, məqsədyönlü və ədalətli platformalar üzərindən müdafiə olunacağına inanırıq”, - bəyanatda qeyd olunub.
Birlik dünən yayımladığı digər bəyanatda isə hazırda həbsdə olan Hacı Vəliyevin sədr vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.
Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.
O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.
Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.
“Gənc Qazilər” İctimai Birliyi Vəliyevin təcridxanadakı vəziyyəti və səhhəti ilə bağlı şikayətlərini ictimailəşdirirdi.
Birlik, həmçinin, Vəliyevin azad edilməsi üçün Prezident İlham Əliyevə müraciət etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: BBC News Azərbaycanca
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib