Foto: Reuters
Dünyanın ən varlı adamı, “Tesla”, “X” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask ABŞ hökumətindəki işinin sona çatdığını deyib.
ABŞ Prezidenti Donald Trampın başçılıq etdiyi hökumətdə məhz özünün təşəbbüsü ilə yaradılan Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Mask, “X” səhifəsində iş müddətinin sona çatdığını xəbər verib.
O, “hökumətdəki israfçı xərcləməni azaltmaq imkanına görə” Trampa təşəkkür edib, lakin DOGE təşəbbüsünün davam edəcəyini də bildirib.
“Xüsusi hökumət işçisi” statusu verilən Mask il ərzində 130 gün federal hökumətdə işləyə bilərdi və həmin müddət bu ayın sonunda başa çatır.
Maskın gedişi, həmçinin, onun Tramp administrasiyasını yeni büdcə layihəsinə görə tənqid etməsindən az sonraya təsadüf edib. O, “CBS” telekanalına müsahibəsində deyib ki, yeni büdcə ABŞ-ın maliyyə kəsrini artıracaq və DOGE-un nailiyyətinə kölgə salacaq.
Mask işə başlayanda hədəfi büdcə xərclərinə 2 trilyon dollar qənaət etmək olsa da, sonda 150 milyard dollar qənaət edə bildiklərini deyir.
Onun təşəbbüsü 260,000 hökumət işçisinin işini itirməsi, həmçinin, ABŞ-ın Beynəlxalq Yardım Agentliyinin (USAID) fəaliyyətinin məhdudlaşdırılması ilə əlamətdar olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Globalinfo
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib