sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidov 10 sutka müddətinə inzibati qaydada həbs olunub.
AXCP Nərimanov rayon şöbəsinin sədr müavini Gülnarə Rəhimova bu barədə “Meydan TV”yə bildirib.
Onun sözlərinə görə, kombi ustası kimi çalışan Layiq Rəşidov oktyabrın 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə təmir işləri görmək üçün gedib.
“Rəşidov evdə işlədiyi vaxt qapı döyülüb. Qapını açan ev sahibinin qarşısına mülki geyimli dörd nəfər çıxıb. Onlar həyətdəki avtomobilin kimə məxsus olduğunu soruşublar. Ev sahibi maşının kombi ustasına aid olduğunu deyib”, - Rəhimova bildirib.
Gülnarə Rəhimovanın bildirdiyinə görə, həmin şəxslər avtomobilə zərər dəydiyini və maşının sürtüldüyünü iddia edərək Rəşidovla danışmaq istədiklərini bildiriblər: “Onlar ustanın aşağı düşməsini və ondan üzr istəmək niyyətində olduqlarını deyiblər. Qapıya çıxan Layiq Rəşidov isə həmin şəxslər tərəfindən aparılıb”.
Hadisə Qaraçuxur qəsəbəsində baş versə də, AXCP üzvü Xətai Rayonunun 35-ci Polis Bölməsinə aparılıb.
Partiya nümayəndəsinin sözlərinə əsasən, Rəşidov sosial şəbəkələrdəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilib və 10 sutka inzibati həbs cəzası alıb.
Həmin maddə internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qanunla qadağan edilən məlumatların yerləşdirilməsinə aiddir. Maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimələnə, qanunla müəyyən edilmiş hallarda isə bir ayadək inzibati qaydada həbs oluna bilərlər.
Layiq Rəşidov həbsindən iki gün əvvəl “Facebook” səhifəsində partiyanın həbsdə olan rəhbər şəxsləri ilə bağlı paylaşım edib.
Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir.
Həbs olunanlar ittihamları rədd edir və həbslərinin siyasi fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.
Hüquq müdafiəçilərinin hesablamasına görə, Azərbaycanda 300-dən çox siyasi məhbus hesab edilən şəxs var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Memar: "Tarixi irsin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da çatıb"
sosial media
Kamal İsayevin apellyasiya iclası eyni hakimin işə baxmasına etirazdan sonra təxirə salınıb
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”