Siyasət

Ramiz Mehdiyevə 14 illik şərti həbs cəzası verilib 

28 oktyabr, 2026
77

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev şərti olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib. 

Bu barədə hökumətyönlü media oktyabrın 27-də xəbər verib. "Qafqazinfo" məhkəmə prosesinin oktyabrın 22-də baş tutduğunu yazıb. 

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə sabiq PA rəhbərinin yaşı və xəstəlikləri nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən onun barəsində çıxarılan cəzanın şərti tətbiqinə qərar verilib. 

88 yaşlı R.Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274 (dövlətə xəyanət), 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 311.3.3-cü (vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. 

Hökmə əsasən, onun əmlaklarının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi, eləcə də dövlət təltiflərindən məhrum edilməsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ona qarşı cinayət işi açılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 

R.Mehdiyev barəsindəki ittihamlar barədə heç vaxt ictimaiyyətə açıqlama verməyib. Onun məhkəmədə də özünü təqsirli bilib-bilmədiyi barədə məlumat yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Araşdırma: "Deutsche Bank"dan sızan sənədlərdə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin adı keçir

18 noyabr 2026

Toplum TV

ABŞ prezidenti Donald Trampın sahibi olduğu şirkətlərlə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin əlaqələri olduğu bildirilir.   Bu barədə noyabrın 17-də dərc olunan, müxtəlif ölkələrdən olan 200-dən çox jurnalistin ərsəyə gətirdiyi araşdırmada qeyd olunub.  Araşdırma Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"dan sızdırılan sənədlər əsasında hazırlanıb. Bankın iki işçisi 15 milyondan çox məxfi sənədi jurnalistlərə sızdırıb.  Sənədlərdən aydın olur ki, hələ 2014-cü ildə bank Trampın Azərbaycanda qeydiyyatda olan "DT Marks Baku" şirkətinə şübhəli köçürmələr barədə ABŞ hüquq-mühafizə orqanlarını xəbərdar edib. Buna nümunə kimi həmin vaxt şirkətə Danimarkanın "Danske Bank"ının Estoniya filialının adı çəkilməyən müştərisindən edilən köçürmələr göstərilib. Sonradan məhz bu filialın...
Siyasət

MBH üzvü Samir Babayevə 5 il yarım həbs cəzası verilib

18 noyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Samir Babayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov sosial media hesabında məlumat yayıb.  Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci - satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma ittihamı irəli sürülüb.  Samir Babayev 2026-cı il martın 6-da saxlanılıb. Babayev saxlanıldıqdan sonra polis idarələrində işgəncəyə məruz qaldığını bildirib. Onun yaxınlarının sözlərinə görə, fəal saxlanılarkən mülki geyimli şəxslər tərəfindən aparılıb və ailəsi iki gün onun harada olduğunu bilməyib. Samir Babayev bundan əvvəl də narkotik ittihamı ilə...

Seçilmiş Videolar

Toplum TV loqo