Dünya

Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib

28 Oktyabr, 2026
7

whitehouse.gov

ABŞ prezidenti Donald Tramp Venesuelanın Birləşmiş Ştatların 51-ci ştatına çevrilməsi ideyasını səsləndirib.

Tramp bu barədə oktyabrın 27-də Texas ştatının Korpus-Kristi şəhərində Respublikaçı namizədlərə dəstək mitinqində danışıb.

O, Venesuelanın gələcəkdə çiçəklənəcəyini deyərək ölkənin ABŞ-nin tərkibinə daxil olmasının mümkünlüyünü dilə gətirib: “Kim bilir, bəlkə də tezliklə o, çiçəklənən 51-ci ştata çevriləcək. Bu, mümkündür. Gəlin onu 51-ci ştat edək”.

Tramp Venesuelada prezident seçkisi əvəzinə qubernator seçkisi keçirilməsini də təklif edib: “Orada prezident deyil, qubernator seçkisi keçirək. Necə fikirdir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir”.

Çıxışında Tramp ABŞ-yə Venesueladan bir milyon barrel xam neft gətirən tankerdən də danışıb. O, neftin ABŞ-yə vergi ödəyiciləri üçün xərc yaratmadan çatdırıldığını iddia edib və yükün Texasda, o cümlədən Korpus-Kristidə emal olunacağını bildirib.

Tramp ABŞ-nin dünyadakı neftin böyük hissəsinə nəzarət etdiyini və ölkənin neft ehtiyatlarının digər ölkələrdən çox olduğunu da deyib. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ 2025-ci ildə dünyada ən çox xam neft hasil edən ölkə olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Elon Mask: “Starlink” söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər

26 Oktyabr 2026

sosial media

“SpaceX” şirkətinin rəhbəri Elon Mask Ukrayna ordusunu “Starlink” peyk rabitə sistemindən istifadə qaydalarını pozmaqda ittiham edib. Mask oktyabrın 24-də sosial media hesabında yazıb ki, Ukrayna hərbçiləri sistemdən hücum dronları vasitəsilə zərbələr endirmək üçün istifadə ediblər.  “Ukrayna ordusu "Starlink"in istifadə şərtlərini pozaraq ondan insanları öldürmək məqsədilə hücum dronlarında istifadə edib. Bu boşluq ötən həftə bağlanıb”, - Mask bildirib. Bununla yanaşı, sahibkar “Starlink”in Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. O deyib ki, sistem tamamilə söndürülsə, Ukraynanın cəbhə xətti dərhal çökə bilər. “Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir”, - Mask əlavə edib. O, həmçinin bildirib ki, Rusiya müharibənin ilk aylarında Ukraynanın digər...
Dünya

Obama: “İrana qarşı müharibə enerji qiymətlərini artırıb, Tehranın neft tədarükünə təsir imkanlarını genişləndirib”

26 Oktyabr 2026

reuters

ABŞ-nin sabiq prezidenti Barak Obama Donald Tramp administrasiyasının İrana qarşı siyasətini tənqid edib. O bildirib ki, müharibə həm ABŞ iqtisadiyyatına, həm də qlobal bazarlara ciddi təsir göstərir. “Reuters”in məlumatına görə, Obama bu barədə oktyabrın 24-də demokrat namizədlərə dəstək məqsədilə keçirilən mitinqdə danışıb. O deyib ki, Tramp administrasiyasının İrana qarşı müharibəsi enerji qiymətlərinin artmasına səbəb olub və Tehranın dünya neft tədarükünə təsir imkanlarını genişləndirib. “İran indi Hörmüz boğazına nəzarət etmək gücünə malikdir. Neft dünya bazarlarına məhz bu marşrutla daşınır”, - Obama çıxışı zamanı bildirib. Sabiq prezidentin sözlərinə görə, münaqişə ABŞ-də yanacağın və digər məhsulların bahalaşmasına təsir edib. “Hörmüz boğazı dünya neft...

Seçilmiş Videolar

Toplum TV loqo