Məhkəmə

Azər Qasımlının işi məhkəmə baxışına verilib 

2 İyul, 2025
35

Foto: VOA

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının ittiham olunduğu cinayət işi məhkəmə baxışına verilib. 

Bu barədə iyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. 

Məhkəmənin baxış iclası iyulun 16-a təyin olunub. 

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Aprelin 3-də onun həbs qətimkan müddəti daha 2 ay uzadılıb. 

Özü ittihamı qəbul etmir.

Qasımlı saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.

(Mənbə: APA)


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ailəsi: Ülvi Həsənli karserdə zorakılığa məruz qalıb

2 İyul 2025

Foto: sosial media

İyulun 1-də vəkil Zibeydə Sadıqova “Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli ilə görüşüb.  “Abzas Media”nın xəbərinə görə, Həsənli vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirib. Aclıq nəticəsində onun çəkisi 77 kiloqramdan 71 kiloqrama düşüb. Həyat yoldaşı Rübabə Quliyeva isə “Abzas Media”ya bildirib ki, Həsənli aclıq etməsinə baxmayaraq hələ də həkim müayinəsindən keçirilməyib. O, ailəsinə Umbakı qəsəbəsindəki müəssisəyə köçürüldüyü gündən eyni paltarları geyindiyini və təmiz geyimlərinin ona çatdırılmadığını deyib.  Həsənli həm də bildirib ki, ona yatmaq üçün köhnə, sınıq, yataq dəsti olmayan çarpayı verilib və buna görə belində ağrılar başlayıb.  Ailəsi əlavə edib ki, Ramin...
Məhkəmə

İmran Əliyevin işində şahidlər dindirilməyə başlanıb 

1 İyul 2025

Foto: sosial media

İyulun 1-də “Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, polis nəzarətinə verilən ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsi başlayıb.  İfadə verən Elçin Hüseynzadə adlı şəxs bildirib ki, ibtidadi istintaqda 1 il əvvəl dindirilib və həmin vaxt dediyi heç nəyi xatırlamır. Növbəti məhkəmə prosesi iyulun 15-nə təyin edilib. Proses şahid ifadələri ilə davam edəcək. İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü ilin aprelində saxlanılıb.   Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona...

Seçilmiş Videolar

Toplum TV loqo