Məhkəmə

Bəhruz Səmədov barədə hökm qüvvədə saxlanıb 

3 Sentyabr, 2025
115

Foto: sosial media

Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun barəsindəki məhkəmə hökmü qüvvədə saxlanılıb. 

Sentyabrın 3-də Bakı  Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası Səmədovun hökmdən verdiyi şikayətə baxıb. 

Qapalı keçən prosesdə Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 15 il həbs cəzasını qüvvədə saxlayıb. 

Səmədovun yaxınları fəalın sentyabrın 4-dən etiraz əlaməti olaraq quru aclığa başlayacağını xəbər veriblər. 

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub.

Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. 

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. 

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib 

11 Mart 2026

Foto: sosial media

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə politoloqa 12 il həbs cəzası verilib.  Əvvəlki proseslərdən birində dövlət ittihamçısı A.Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Prosesdə son söz deyən A.Qasımlı ona dəstək olan hər kəsə təşəkkür edib və heç bir cinayət əməli törətmədiyini bildirib.  "Bu işdə mən yeganə zərərçəkmiş tərəfəm. Həm azadlığımı, həm əmlakımı əlimdən alıblar. Hər kəs bilir və anlayır ki, mənim həbsim siyasi sifariş əsasında həyata keçirilib", - o qeyd edib.  A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci...
Məhkəmə

“QHT işi” üzrə həbs edilən Zamin Zəkiyə 7 il 6 ay həbs verildi

11 Mart 2026

Foto: Əkinçi

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində "QHT işi" üzrə həbsdə sosial işçi Zamin Zəkinin sonuncu məhkəmə prosesi keçirilib.  APA-nın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Z.Zəkiyə 7 il 6 ay həbs cəzası verilib.  Əvvəlki prosesdə dövlət ittihamçısı Z.Zəkinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.  Zamin Zəki Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.  Cinayət işində iddia olunur ki, Z.Zəki xarici təşkilatlardan aldığı qrant vəsaitlərini qanunvericilik üzrə qeydiyyatdan keçirməyib.  Sosial işçi isə özünü...

Seçilmiş Videolar

Toplum TV loqo