Məhkəmə

Polad Aslanov 6 gündür aclıq edir 

3 Sentyabr, 2025
312

Foto: sosial media

Həbsdə olan jurnalist Polad Aslanov 6 gündür aclıq aksiyası edir. 

Həyat yoldaşı Gülmirə Aslanova Toplum TV-yə bildirib ki, jurnalist avqustun 29-da aclıq aksiyasına başlayıb. 

Buna səbəb P.Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsindəki mətbəxdən istifadəsinə icazə verilməməsidir.

Aslanovanın sözlərinə görə, həyat yoldaşı iyulun 18-də keçdiyi ultrasəs müayinəsinin nəticəsini tələb edir. Cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinin Cavanşir adlı baş həkimi isə P.Aslanovun etirazına cavab olaraq onun mətbəxdən istifadəsinə qadağa qoyub.

Həyat yoldaşı bildirir ki, jurnalistin bu barədə ərizəsini cəzaçəkmə müəssisəsinin rəisi Ramiq Nəsibov qəbul etmir. 

G.Aslanova əlavə edir ki, o, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə də şikayətini bildirib. Onun şikayəti həyat yoldaşının ultrasəs müayinəsinin nəticəsinin verilməməsi ilə yanaşı, onun, ümumiyyətlə, tibb məntəqəsinə buraxılmamasıdır. 

"P.Aslanov ötən ilin noyabrında 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləndən cəmi 38 gün tibb məntəqəsində saxlanılıb, sonra zona köçürülüb. Buna baxmayaraq, ona gündə yarım saat olmaqla tibb məntəqəsinin mətbəxindən istifadəyə icazə verirdilər. İndi isə heç ona da icazə vermirlər", - o qeyd edib.

Aslanova ultrasəs nəticələrinin gizlədilməsini məqsədyönlü hesab edir: “Polad Aslanovun sağlamlığı ilə oynayırlar. Cavabı gecikdirməklə qaraciyərindəki problemin dərinləşməsini gözləyirlər”.

Aslanova, həmçinin, Ombudsmana müraciət etdiklərini, qurumun isə şikayəti Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə göndərdiyini deyib. Cavab məktubunda Aslanovun 2020-ci ildə “praktiki sağlam” kimi qeydiyyata alındığı göstərilib.

Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub. O, ittihamları rədd edir və hökumətdə korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir. Hüquq müdafiəçiləri Aslanovu siyasi məhbus sayır. Avropa Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycana qarşı qərar çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Apellyasiya Məhkəməsi Azər Qasımlının vəsatətlərini təmin etməyib

13 Aprel 2026

Foto: Amerikanın Səsi

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə baxış iclası keçirilib.  Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatətlər veriblər.  Vəkil Rövşanə Rəhimli müvəkkilinin vəkillərin yanında əyləşməsinə icazə verilməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.  Vəkil həm də prosesin məhkəmə istintaqı davam etdirilməklə aparılması barədə vəsatət verib. O, istintaq dövründə müdafiə tərəfinin araşdırılmasını tələb etdiyi sübutlara məhkəmənin qiymət verməsini istəyib.  R.Rəhimli daha sonra A.Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın məhkəmədə dindirilməsi haqqında vəsatət verib. O bildirib ki, siyasətçiyə qarşı ittihamın tam ifşa olunmasına məhz...
Məhkəmə

Şahin Şıxlinski 9 il, oğlu isə 8 il azadlıqdan məhrum edildi

13 Aprel 2026

Açıq mənbə

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan diasporunun həbsdə olan rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskiyə hökm oxunub.  Yekaterinburqun Kirovski Rayon Məhkəməsi ata Şıxlinskinin 9, oğulun 8 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.  Onlar hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə təqsirli biliniblər.  Ş.Şıxlinski martın 5-də başqa bir cinayət işi üzrə sifarişli qətl ittihamı ilə 22 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Məhkəmə ona təyin edilən cəzaları birləşdirməyə qərar verib və ümumilikdə ona 24 il həbs cəzası verib.  Ötən il iyulun 1-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Şahin Şıxlinskinin oturduğu və oğlunun idarə etdiyi avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski idarə...

Seçilmiş Videolar

Toplum TV loqo