Foto: sosial media
Həbsdə olan jurnalist Polad Aslanov 6 gündür aclıq aksiyası edir.
Həyat yoldaşı Gülmirə Aslanova Toplum TV-yə bildirib ki, jurnalist avqustun 29-da aclıq aksiyasına başlayıb.
Buna səbəb P.Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsindəki mətbəxdən istifadəsinə icazə verilməməsidir.
Aslanovanın sözlərinə görə, həyat yoldaşı iyulun 18-də keçdiyi ultrasəs müayinəsinin nəticəsini tələb edir. Cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinin Cavanşir adlı baş həkimi isə P.Aslanovun etirazına cavab olaraq onun mətbəxdən istifadəsinə qadağa qoyub.
Həyat yoldaşı bildirir ki, jurnalistin bu barədə ərizəsini cəzaçəkmə müəssisəsinin rəisi Ramiq Nəsibov qəbul etmir.
G.Aslanova əlavə edir ki, o, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə də şikayətini bildirib. Onun şikayəti həyat yoldaşının ultrasəs müayinəsinin nəticəsinin verilməməsi ilə yanaşı, onun, ümumiyyətlə, tibb məntəqəsinə buraxılmamasıdır.
"P.Aslanov ötən ilin noyabrında 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləndən cəmi 38 gün tibb məntəqəsində saxlanılıb, sonra zona köçürülüb. Buna baxmayaraq, ona gündə yarım saat olmaqla tibb məntəqəsinin mətbəxindən istifadəyə icazə verirdilər. İndi isə heç ona da icazə vermirlər", - o qeyd edib.
Aslanova ultrasəs nəticələrinin gizlədilməsini məqsədyönlü hesab edir: “Polad Aslanovun sağlamlığı ilə oynayırlar. Cavabı gecikdirməklə qaraciyərindəki problemin dərinləşməsini gözləyirlər”.
Aslanova, həmçinin, Ombudsmana müraciət etdiklərini, qurumun isə şikayəti Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə göndərdiyini deyib. Cavab məktubunda Aslanovun 2020-ci ildə “praktiki sağlam” kimi qeydiyyata alındığı göstərilib.
Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub. O, ittihamları rədd edir və hökumətdə korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir. Hüquq müdafiəçiləri Aslanovu siyasi məhbus sayır. Avropa Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycana qarşı qərar çıxarıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
"Meydan TV işi": Jurnalist kağız israfına görə müstəntiqə cinayət işi açılmasını istəyib
Foto/kollaj: Meydan TV
Foto: açıq mənbə
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”
İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il yarım həbs verilib