Məhkəmə

Bəhruz Səmədov: “Sadəcə insanların müharibədə ölməsinə qarşı çıxmışam”

16 May, 2025
101

Foto: sosial media

Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun işi üzrə növbəti qapalı məhkəmə prosesi keçirilib. 

Onun vəkili Zibeydə Sadıqovanın bildirdiyinə görə, proses şahid ifadəsi ilə davam edib. 

Şahid həm müdafiə tərəfinin, həm də hakimlərin suallarını cavablandırıb və B.Səmədovun daha əvvəl dediklərini təsdiqləyib.

Bəhruz Səmədov məhkəmədə yenidən vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. 

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib. 

Növbəti məhkəmə prosesi 13 iyun saat 16:00-a təyin edilib və şahid ifadələri ilə davam edəcək.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.

Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ülviyyə Əlinin şikayəti təmin olunmayıb

16 May 2025

Foto: sosial media

Mayın 16-da həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.  Bakı Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə baş tutan prosesdə Ü.Əlinin barəsində həbs qətimkan tədbiri seçilməsindən verdiyi şikayətə baxılıb.  Hakim vəsatəti təmin etməyib, jurnalist həbsdə qalıb.  Ü.Əli çıxışında bir daha peşə fəaliyyətinə görə həbs olunduğunu və evindən polisin tapdığını iddia etdiyi 6,700 avronun ona aid olmadığını deyib. O, həmçinin saxlanılarkən zorakılığa məruz qaldıqdan sonra səhhətində yaranan ağrılardan şikayət edib və baş ağrılarından əziyyət çəkdiyini bildirib.  Müdafiə tərəfi Toplum TV-yə deyib ki, jurnalistin müayinə olunması üçün Penitensiar Xidmətə müraciət edilsə də, hələ ki cavab verilməyib.  Ü.Əli...
Məhkəmə

"Abzas Media işi” üzrə məhkəmə istintaqı yekunlaşıb

16 May 2025

Foto: Abzas Media

Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində qurumun ofisində axtarış aparılan zaman istintaq tərəfindən qeydə alınan videogörüntülər nümayiş etdirilib. Təqsirləndirilənlərin vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər.  Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi mayın 20-də davam etdiriləcək. “Abzas Media işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə mühakimə olunurlar. ...

Seçilmiş Videolar

Toplum TV loqo