Foto: sosial media
Mayın 16-da həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə baş tutan prosesdə Ü.Əlinin barəsində həbs qətimkan tədbiri seçilməsindən verdiyi şikayətə baxılıb.
Hakim vəsatəti təmin etməyib, jurnalist həbsdə qalıb.
Ü.Əli çıxışında bir daha peşə fəaliyyətinə görə həbs olunduğunu və evindən polisin tapdığını iddia etdiyi 6,700 avronun ona aid olmadığını deyib. O, həmçinin saxlanılarkən zorakılığa məruz qaldıqdan sonra səhhətində yaranan ağrılardan şikayət edib və baş ağrılarından əziyyət çəkdiyini bildirib.
Müdafiə tərəfi Toplum TV-yə deyib ki, jurnalistin müayinə olunması üçün Penitensiar Xidmətə müraciət edilsə də, hələ ki cavab verilməyib.
Ü.Əli mayın 7-də “Meydan TV işi” çərçivəsində həbs olunub.
O, “Amerikanın Səsi” ilə əməkdaşlıq edib.
Jurnalistə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Abzas Media
“Abzas Media işi”ndə şahidlər dindirilib
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib