Məhkəmə

Hökumətin etnik azlıqlarla bağlı tənqidçisinin məhkəməsi başlayıb

22 May, 2026
160

Sosial media

Mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hakimiyyətinin etnik azlıqlara münasibətini tənqid edən Rusiya vətəndaşı Kamal İsayevin işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə ittiham aktı oxunub. Məlum olub ki, K.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunur.

Lakin təqsirləndirilən şəxsə qarşı konkret ittihamlar onun sosial mediada paylaşımları ilə bağlı olub. Dövlət ittihamçısı C.İsayevə müəyyən şəxslərlə, xüsusilə uzun illər mühacirətdə yaşamış Əlikram Hümbətovla təmasları barədə suallar verib. 

Dövlət ittihamçısı həm də K.İsayevdən üzv olduğu "WhatsApp" qrupunda kim tərəfindən mədəniyyət naziri təyin olunduğunu soruşub. 

"Birincisi, burada tərcümə xətası var. Nazir yox, mədəniyyət və əxlaq şöbəsində nəzarətçi nəzərdə tutulub. Heç kim məni nazir təyin etməyib. İkincisi də, qrupda öz-özümü lap nazir də adlandıra bilərəm. Bunun nə dəxli var?", - K.İsayev cavab verib.

K.İsayev dövlət ittihamçısının "Talış regionu" əvəzinə "Cənub regionu" ifadəsini işlətməsinə də irad tutub. "Cənub konkret haradır? Naxçıvan da cənubdadır, oranı da nəzərdə tutursunuz? Regionu öz adı ilə çağırın", - o qeyd edib. 

Növbəti məhkəmə prosesi 18 iyun saat 12.00-a təyin olunub. 

Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Kamal İsayev ötən ilin noyabrında Türkiyəyə səyahət edərkən saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 

K.İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub və o, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib

12 İyun 2026

açıq mənbə

İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.  Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərova hökm oxunub. Hökmə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 9 il azadlıqdan məhrum etməsini tələb etmişdi. Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. İttiham aktında iddia olunur ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsə torpaq satmaq adı ilə ondan 60 min manat pul...
Məhkəmə

Məmməd Alpay: "USAID-dən dövlət qurumları milyonlarla dollar alıb, amma bu iş üzrə biz həbs olunmuşuq"

12 İyun 2026

Sosial media

İyunun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Alpayın (Məmmədzadə) cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. “Azadlıq Radiosu“ yazır k, iclasda ifadə verən M.Alpay bildirib ki, o və bir sıra vətəndaş cəmiyyəti fəalları əvvəlcə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı başlanmış cinayət işi çərçivəsində həbs olunublar. Onun sözlərinə görə, sonradan işin istiqaməti dəyişdirilib və fərqli ittihamlar irəli sürülüb. Artıq 1 il 3 aydır həbsdə olan M.Alpay mənimsəmə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınma ittihamları ilə mühakimə olunur. İstintaq orqanı onun aldığı qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmədiyini iddia edir....

Seçilmiş Videolar

Toplum TV loqo