sosial media
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quıiyeva) saxlanılarkən zorakılığa məruz qalması ilə bağlı şikayəti prokurorluğa göndərilib.
Bu barədə onun yaxınları “Azadlıq Radiosu”na bildirib.
Onlar deyib ki, mayın 7-də Ü.Əli haqqında həbs qətimkan qərarı verən Xətai Rayon Məhkəməsinin hakimi onun zorakılıqla bağlı şikayətlərinin prokurorluq tərəfindən araşdırılmasına göstəriş verib.
Mayın 10-da “Meydan TV işi” üzrə həbsdə olan digər jurnalist Aytaq Tapdıq bildirib ki, Ü.Əlinin saxlanılarkən başından aldığı zədələr səbəbilə səhhətində problemlər yaranıb.
Ülviyyə Əli mayın 7-də “MeydanTV işi" üzrə saxlanıb.
O, həbsindən öncə yazdığı bəyanatda Meydan TV ilə heç bir işgüzar əlaqəsi olmadığını, olsaydı belə, bunu cinayət hesab etmədiyini yazıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O, əvvəllər “Meydan TV işi”ndə şahid kimi ifadə verib və ölkədən çıxışına qadağa qoyulub.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Sonrada “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
"Meydan TV işi": Jurnalist kağız israfına görə müstəntiqə cinayət işi açılmasını istəyib
Foto/kollaj: Meydan TV
Foto: açıq mənbə
Prezidentin saytında DTX-nin şəxsi məlumatları yığacağını göstərən sənəd sonradan silinib
Neft-qaz ölkəsində müəllim maaşı regionla müqayisəsi niyə aşağıdır?
Talış fəalın Türkiyədə saxlanılaraq Azərbaycana gətirildiyi bildirilir
Ekspert: “Nazir kənd təsərrüfatındakı uğursuzluğu ört-basdır etmək istəyir”
İmişlidə məktəblilərin öldüyü qəzaya görə yeniyetməyə 7 il yarım həbs verilib