Məhkəmə

“Meclis.info” saytının rəhbərinin məhkəməsi başlayıb

27 May, 2025
109

Foto: sosial media

“Meclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə öncə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Daha sonra İ.Əliyevin vəkili Rəsul Cəfərov müvəkkilinin şüşə qəfəsdən çıxarılaraq onun yanında əyləşməsi üçün vəsatət verib. 

O, həmçinin, ittiham üzrə sübutların olmadığını əsas gətirərək cinayət işinə xitam verilməsini, bu yerinə yetirilməzsə, Əliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. 

Məhkəmə yalnız Əliyevin şüşə qəfəsdən çıxarılmasını təmin edib. 

Baxış iclası iyunun 10-a təyin olunub. 

Qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü il aprelində saxlanılıb.  

Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.

“Meclis.info” işində digər təqsirləndirilən şəxs fəal Elgiz Qəhrəman isə polis nəzarətinə verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hökumət Ayxan İsrafilovun azadlıq hüququnun pozulmasını tanıyıb 

29 May 2025

Foto: sosial media

Azərbaycan hökuməti “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Ayxan İsrafilovun azadlıq hüququnun pozulmasını tanıyıb.  Bu barədə İsrafilovun vəkili Fariz Namazlı “Facebook” səhifəsində xəbər verib.  Namazlı deyib ki, mayın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 13 ərizəçi üzrə 4 qərar qəbul edib. Bu qərarların ikisində Məhkəmə tərəflərin dostcasına barışığını qəbul edib, iki işdə isə hökumətin birtərəfli bəyanatını qəbul edərək işləri siyahıdan çıxarıb.  Siyahıdan çıxarılan işlərin içində İsrafilovun da şikayəti yer alıb. Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində nəzərdə tutulmuş hüququnun (azadlıq hüququ - red.) pozuntusunu etiraf edən hökümətin birtərəfli bəyanatını qəbul edib. Aprel ayında Prezident İlham...
Məhkəmə

Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"

29 May 2025

Foto: sosial media

Mayın 30-da “Abzas Media işi” üzrə həbsdə olan iqtisadçı, “Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin polis tərəfindən saxlanılmasının bir ili tamam olur.  Mehralızadə bu münasibətlə “Azadlıq Radiosu"na saxlanıldığı günü təsvir edən məktub yazıb.  O, 2024-cü ilin mayın 30-da səhər 8.30 radələrində bir neçə mülki geyimli və maskalı adam tərəfindən küçədən oğurlandığını, başına torba keçirildiyini, 2 saat bu vəziyyətdə saxlanıldığını yazıb.  “Nəhayət, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşlarına təhvil verilirəm və yaşanan dialoqdan anlaşılır ki, məni təhvil alanlar məni gətirən adamları tanımır. Müstəntiq otağa daxil olduqda iki saatdan sonra torba başımdan çıxarılır. Müstəntiqin ilk sualı sanki seçim xarakterlidir: "Abzas Media, Toplum...

Seçilmiş Videolar

Toplum TV loqo