Məhkəmə

Bəhruz Səmədov: “Ermənistan bəyan etsin ki, onlarla heç bir əlaqəm yoxdur”

7 Avqust, 2025
70

Foto: sosial media

Hazırda həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov, ABŞ-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə dair aparılan müzakirələri yüksək qiymətləndirdiyini bildirib.

Bu barədə o, nənəsi Zibeydə Osmanova vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb.

Səmədov açıqlamasında, həmçinin Ermənistanla heç bir əlaqəsinin olmadığını bir daha vurğulayıb:

“Bu barədə Ermənistan hökumətinin bəyanat verməsini xahiş edirəm.”

Məhkəmə prosesinin qapalı keçirilməsinə də münasibət bildirən Səmədov qeyd edib:

“Qapalı məhkəmələr açıq məhkəmələrin keçirilməsinə qadağa qoyur.

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Bəhruz Səmədovun işi üzrə ilkin baxış iclası keçirilib. Prosesin əvvəlcədən açıq olacağı bildirilmişdi. Lakin dövlət ittihamçısı iclasın qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb və hakim bu vəsatəti təmin edib.

Nəticədə, sülh fəalının nənəsi, dostları və ictimai fəallar məhkəmə zalına buraxılmayıblar.

Məhkəmə həmçinin qərar verib ki, növbəti məhkəmə iclası da qapalı rejimdə keçirilsin.

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. 

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. 

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Aynur Elgünəşin şikayəti təmin edilməyib

8 Avqust 2025

Foto: sosial media

Avqustun 7-də Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin (Qənbərova) iti Maksla görüşə bilməməsi ilə bağlı Xətai rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.   Proses hakim Zamin İbrahimovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində baş tutub. Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, baş redaktorun şikayətini təmin etməyib. Həbsdə olan jurnalist iti ilə görüşə bilməsi üçün Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova bir neçə dəfə müraciət edib. Cavab ala bilmədiyi üçün məhkəməyə üz tutub.  “Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə...
Məhkəmə

Ailəsi: Bəxtiyar Hacıyevin vəziyyəti kritikdir, onunla əsir kimi davranılır

8 Avqust 2025

Foto: VOA

Hazırda 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin səhhətinin və hüquqi vəziyyətinin ağır olduğu deyilir. Ailəsinin yaydığı məlumatda deyilir ki, Hacıyevin saxlanma şəraiti insan hüquqları və hüquqi müdafiə baxımından ciddi pozuntularla müşayiət olunur. Yaxınlarının dediyinə görə, ictimai fəal kobud rəftara məruz qalır və ona vəkili ilə görüşə icazəsi verilmir. “Onunla əsir kimi davranılır və özü də bu vəziyyəti əsirlik kimi qiymətləndirir. Psixoloji və fiziki təzyiqlər altındadır. Onun müdafiə hüququ ciddi şəkildə pozulub. Görüntülü danışa bilmirik. Halbuki digər məhbuslara bu imkan yaradılır, lakin Bəxtiyara bu hüquq qəsdən verilmir. Ailəsindən tam təcrid olunub”, - məlumatda deyilir. Bildirilir ki, tibbi yardıma...

Seçilmiş Videolar

Toplum TV loqo