Foto: sosial media
"Abzas Media"nın həbsdə olan əməkdaşları bu yaxınlarda başladıqları aclıq aksiyasını dayandırıblar.
Bu barədə “Abzas Media" jurnalistlərin yaxınlarına istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, 9 gündür aclıq edən "Abzas Media"nın direktoru Ülvi Həsənli iyulun 4-də ailə üzvləri ilə telefon danışığında aclıq aksiyasını dayandırdığını deyib. O, qərarını ona həmrəy olmaq üçün aclığa başlayan qadın jurnalistlərin səhhətindən narahat olması ilə izah edib.
Bundan sonra 3 gündür aclıq edən "Abzas Media"nın jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da aclığı dayandırdığı bildirilir.
Həsənli daha öncə vəkilinə iyunun 26-dan cərimə kamerasında (karser) saxlanıldığını və həmin gündən aclıq etdiyini bildirmişdi.
O, həyat yoldaşı və iki yaşlı qızı ilə görüşə icazə verilmədiyi üçün aclığı davam etdirəcəyini bəyan etmişdi. Bundan əlavə, Həsənli, haqqındakı məhkəmə hökmü qanuni qüvvəyə minməmiş Bakı İstintaq Təcridxanasından Umbakı təcridxanasına köçürülməsinə etiraz edirdi.
Ona həmrəy olmaq üçün "Abzas Media"nın qadın jurnalistlərindən əlavə "Meydan TV"-nin həbsdə olan jurnalistləri Aynur Elgünəş (Qəmbərova), Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva və Aysel Umudova da aclığa başlamışdı.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı, vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) da “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
İmişlidə məktəblilərin öldüyü qəzadan sonrakı etirazlara görə tutulanlara hökm oxunub
Foto: sosial media
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb